MƏDƏNİYYƏT


Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Dövlət Film Fondunda da qeyd ediləcək

Bakı, 6 may, AZƏRTAC

Mayın 7-də Azərbaycan Dövlət Film Fondunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar konfrans keçiriləcək.

Film Fondundan AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycan milli kinosunun inkişafında, kinematoqrafçıların yaradıcılıq potensiallarının reallaşmasında, layihələrin işıq üzü görməsində kino işçilərinin etibarlı təəssübkeşi və hamisi, ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışılacaq.

Konfrans Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşəbbüsü ilə reallaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.