CƏMİYYƏT


Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ali Məhkəmədə tədbir keçirilib

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Ali Məhkəmədə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən danışıb. Ali Məhkəmənin sədri böyük şəxsiyyət Heydər Əliyevin dahiliyinin hamılıqla qəbul olunduğunu qeyd edib, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən Ümummilli Liderin şərəfli ömrünün xalqımızın taleyi ilə bağlılığını və müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, 1995-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanıb və ümumxalq referendumunda qəbul olunub. Bu Konstitusiya hüquqi dövlət quruculuğu istiqamətində atılan ən böyük addım idi. Əsas Qanun insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin də bərqərar olması üçün əsaslı zəmin idi.

Diqqətə çatdırılıb ki, böyük siyasi və dövlət xadimi Heydər Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparıb. Ölkədə üçpilləli məhkəmə sistemi yaradılıb, hakim korpusunun formalaşmasında tamam yeni üsul və metodlardan istifadə edilib. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan verib. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoyub və onu inkişaf etdirib.

Ali Məhkəmənin sədri dahi rəhbər Heydər Əliyevin əməllərinin və amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulayıb.

Yığıncaqda çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.