Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Romada tədbir keçiriləcək
AzerTAg.az
Bakı, 6 may, AZƏRTAC
Mayın 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə İtaliyanın paytaxtı Roma şəhərində tədbir keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi bu tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli təmsil edəcək.
Səfər çərçivəsində İtaliyadakı Azərbaycan səfirliyi tərəfindən İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasında İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyası ilə birgə təşkil ediləcək tədbirdə iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı barədə danışılacaq, bu sahədə görkəmli dövlət xadimi Heydər Əliyevin mühüm rolundan bəhs ediləcək.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edəcək, ulu öndərin həyatı, ictimai-siyasi fəaliyyəti ilə bağlı fikirlərini bölüşəcəklər.
Səfər mayın 12-də başa çatacaq.

Xəbərin mətnində orfoqrafik səhv var