CƏMİYYƏT


Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Baş prokurorun ideya müəllifliyi əsasında film hazırlanıb

Bakı, 9 may, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin ideya müəllifliyi əsasında sənədli film hazırlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Qanun naminə - Heydər Əliyev salnaməsi” adlı sənədli filmində Ulu Öndərin prokurorluğa yüksək diqqət və qayğısı, mütəmadi dəstəyi, fenomenal şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilmiş islahatlardan söhbət açılıb. Filmdə, həmçinin görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına diqqət və qayğısı barədə məlumatlar, o cümlədən prokurorluğun veteran əməkdaşlarının xatirələri yer alıb.

Film ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Baş Prokurorluqda keçirilən tədbirdə təqdim edilib. Təqdimat mərasimində filmin yaradıcı heyəti də iştirak edib.

Filmin məsul redaktoru Baş prokurorun müavini Heydər Məmmədov, redaktoru Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalovdur. Aparıcısı Xalq artisti Nurəddin Mehdixanlı olan bu ekran əsərinin quruluşçu rejissoru Bəhruz Əliyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.