CƏMİYYƏT


Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş debat turniri keçirilib

Bakı, 11 may, AZƏRTAC

Nəsimi rayon Gənclər və İdman İdarəsi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və Azərbaycan Dillər Universiteti Debat klubunun birgə təşkilatçılığı ilə tələbələr arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş debat turniri keçirilib.

İdarədən AZƏRTAC-a bildiriblər ki, turnirin açılış mərasimində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədr müavini Aytən Cəbrayılova, Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının sədri Elşən Hüseynli və tələbələr iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

Sonra çıxış edən ADU Debat klubunun sədri Fidan İsmayılzadə turnir barədə məlumat verərək iştirakçılara uğurlar arzulayıb.

Daha sonra turnirə start verilib.

“İnnovativ texnologiyalar cəmiyyətin inkişafına müsbət təsir göstərir” mövzusunda keçirilən debat turnirində 55 komanda iştirak edib.

Gərgin mübarizə şəraitində keçən turnirdə Azərbaycan bölməsi üzrə təsdiq mövqedə çıxış edən “Tatakae” komandası, rus bölməsi üzrə isə inkar mövqedə çıxış edən “Alıye parusa” komandası turnirin qalibi olublar.

Qaliblər kubok, diplom və medallarla təltif olunublar.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.