CƏMİYYƏT


Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası 50 milyondan çox soydaşımızı bir araya gətirib VİDEO

Bakı, 22 dekabr, AZƏRTAC

Dekabrın 22-də Nəsimi Rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə deputatlar, ziyalılar, ictimaiyyət nümayəndələri, o cümlədən aztəminatlı ailələr və əlillər iştirak ediblər.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünya azərbaycanlılarının milli məfkurə ətrafında birləşməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

“Modern İnkişaf və Ailə” İctimai Birliyin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi rayonu üzrə Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva qeyd edib ki, Ulu Öndər 27 il əvvəl Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təsis etməklə dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızı milli azərbaycançılıq ideologiyası ətrafında birləşdirib. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmaların mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Qurultaydan sonra Ümummilli Liderin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib.

Milli Məclisin deputatı Elmira Axundova ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, son illər Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xalqımızın öz maddi və mənəvi dəyərlərinin sahibinə çevrildiyini bildirib.

Fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, Bakı Dövlət Universitetinin Qafqaz xalqlarının tarixi kafedrasının müdiri, professor İradə Hüseynova, Milli Məclisin şöbə müdiri Adilə Abbasova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün azərbaycanlıların milli birliyinin formalaşmasının başlanğıcı olduğunu söyləyiblər.

Tədbir çərçivəsində Nəsimi rayonunun ən yaşlı sakinlərindən birinin doğum günü münasibətilə ona mükafatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.