SİYASƏT


Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Berlində anılmışdır

Bakı, 9 may (AZƏRTAC). Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş xatirə konserti keçirilmişdir.

Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Avropa Azərbaycanlıları Konqresi ilə birlikdə təşkil olunmuş konsertdə Almaniyanın siyasi və mədəniyyət xadimləri, diplomatlar, mətbuat nümayəndələri, Azərbaycan və türk diaspor təşkilatlarının üzvləri tamaşaçı qismində iştirak etmişlər.

Səfir Pərviz Şahbazov konsertdən əvvəl çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri barədə danışmışdır. O bildirmişdir ki, Heydər Əliyev ölkəmizin bu gün beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilən sürətli inkişafının, hazırda uğurla davam etdirilən xarici siyasətin və enerji strategiyasının əsasını qoymuşdur. Azərbaycan xalqı çətinliklə bərpa etdiyi müstəqilliyinin qorunub saxlanmasına və ölkəmiz üçün münasib inkişaf strategiyasının müəyyən edilməsinə görə Heydər Əliyev şəxsiyyətini daim minnətdarlıqla anır.

Avropa Azərbaycanlıları Konqresinin sədri Samirə Patser-İsmayilova Ulu Öndər haqqında fikirlərini bölüşmüşdür.

Sonra konsert başlamışdır.

Belçika və Almaniyada yaşayan azərbaycanlı musiqiçilər Faiq Əliyev, Fidan Ağayeva, Cəmilə Babayeva və Anar Bağırov Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət musiqilər ifa etmişlər.

Daha sonra Azərbaycan Respublikasının Xalq Artisti Fidan Qasımova Ümummilli Liderin sevdiyi əsərləri səsləndirmişdir.

Tədbirdə, həmçinin Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar nümayiş etdirilmişdir.

Sonda ziyafət verilmişdir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.