REGİONLAR


Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti xalqımızın dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb

Ağdam, 10 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunub, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisində misilsiz nailiyyətlər qazanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirdə səsləndirilib.

Ağdamlılar səhər saatlarından başlayaraq ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Mərasimdə rayon icra hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, hərbçilər, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar və gənclər iştirak ediblər.

Ağdam Dövlət Dram Teatrında keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Allahverən Əliyev, təhsil şöbəsinin müdiri Mətanət Misirxanova, gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən məqamlarından bəhs edib, xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyevə olan xalq sevgisi zaman ötdükcə daha da çoxalır. Nə qədər Azərbaycan var, ulu öndər Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən-nəslə ötürüləcək.

Tədbir konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.