REGİONLAR


Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

Şamaxı, 7 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin adı xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Bu günlərdə Azərbaycan xalqı dahi şəxsiyyətin anadan olmasının 98-ci ildönümünü qeyd edir. Bir daha ötən dövrlərə nəzər salarkən Heydər Əliyev fenomenini, böyüklüyünü, Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin dəyərini daha dərindən dərk etməyə başlayırıq. Ulu öndər Heydər Əliyev, sözün əsl mənasında, həyatın mənasını xalqa və dövlətə xidmətdə görən, bu amal uğrunda ən çətin maneələrə, problemlərə sinə gərən millət fədaisi idi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Şamaxıda rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda keçirilən onlayn konfransda səsləndirilib.

Tədbirdə çıxış edən gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayon icra hakimiyyəti başçısının müavini Mehriban Eyubova, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova ulu öndər Heydər Əliyevin mənalı ömür yolundan, dövlətimiz, dövlətçiliyimiz uğrunda misilsiz xidmətlərindən ətraflı danışıblar.

Sonda məktəblilər Aytən Ədilova və Aslan Adıgözəlov Ulu Öndərə həsr etdikləri şeirlərini söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.