Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu və müasir inkişaf strategiyası

Bakı, 9 may, AZƏRTAC

XX əsrin sonlarında Sovet İttifaqının süquta uğraması və müasir dünya düzəninin formalaşmağa, beynəlxalq arenada yeni münasibətlərin təşəkkül tapmağa başladığı bir dövrdə Azərbaycan öz tarixinin mühüm və taleyüklü mərhələsinə qədəm qoydu. Ciddi təbəddülatlar və təlatümlər burulğanında təkbaşına mübarizə aparmaq məcburiyyətində qalmış xalqımız ağır sınaqları arxada qoyaraq aydın gələcəyə doğru inamla addımlamağı bacardı. Baş verənlərə 30 il sonra yaranmış reallıqlar prizmasından nəzər saldıqda Azərbaycanı ağır böhrandan sabit və etibarlı bir dövlət kimi çıxaran geosiyasi, sosial, iqtisadi, hərbi amillərin uzun bir siyahısını tərtib etmək mümkündür. Lakin, heç şübhəsiz, Azərbaycanın bugünkü inkişaf mərhələsinə çıxmasını şərtləndirən əsas amil tarixin həlledici məqamında ölkədə və dünyada baş verən mürəkkəb proseslərin mahiyyətini dəqiq qiymətləndirməyi və bu prosesləri milli mənafelərin tələb etdiyi aydın bir istiqamətə yönəltməyi bacaran siyasi liderin mövcudluğu olub. 1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı hazırkı yerinin müqayisəsi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısında xidmətlərinin miqyasını və xalqımızın təhtəlşüurunda özünə dərin iz buraxmış dahi obrazını daha aydın görməyə imkan yaradır.

Ötən əsrin sonlarında dünyanın müxtəlif nöqtələrində böyük güclərin həyata keçirdiyi siyasi, sosial-iqtisadi və bəzi hallarda hərbi eksperimentlər bir çox xalqların taleyini və tarixini dəyişdi. Bu proses indi də davam edir. Yəqin ki, böyük dövlətlərin iqtisadi və siyasi maraqları durduqca, bu prosesin xarakterini və məzmununu dəyişmək mümkün olmayacaq. Buna görə də qlobal liderlik uğrunda gedən mübarizənin mümkün nəticələrini proqnozlaşdıraraq öz dövlətinin beynəlxalq münasibətlər zəncirinin təhlükəsiz, eyni zamanda, təsirli həlqələrindən birinə çevrilməsini təmin etmək ulu öndər Heydər Əliyevin Azərbaycanın milli dövlətçilik tarixində müstəsna xidmətidir.

Ümummilli Liderin siyasi portretinin ən əsas cizgilərindən biri onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkaya sahib olmasıdır. O, dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı, Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi və SSRİ-nin süqutu nəticəsində dağılan geosiyasi konfiqurasiyada hələ formalaşmamış bir dövləti düşdüyü fəlakətli vəziyyətdən çıxarmağa müvəffəq oldu. Heydər Əliyevin siyasi müdrikliyi ona beynəlxalq münasibətlər sisteminin institusional əsaslarının sarsıldığını görməyə, beynəlxalq arbitr kimi dünya nizamını qorumaq missiyasını üzərinə götürmüş müxtəlif təşkilatların öz funksionallığını itirdiyini dəqiq müəyyən etməyə və dünyanın gündəmini diktə edən güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa imkan verdi.

SSRİ-nin dağılmasından sonra yaranan dövlətlərdən Azərbaycanı fərqləndirən yalnız özünəməxsus tarixi ənənələri, keçmişi deyil, həm də qarşılaşdığı çağırışların, üzləşdiyi problemlərin mürəkkəb xarakteri oldu. Azərbaycanı tarixin bəlkə də ən həlledici mərhələsində ağır böhrandan qurtaran Ümummilli Liderin bünövrədən qurmağa başladığı müstəqil Azərbaycan postsovet məkanında münaqişə və müharibələrin adi həyat normasına çevrildiyi, qeyri-müəyyənliyin ictimai təfəkkürdə reallıq kimi qəbul olunduğu, keçmişlə bütün bağların qopduğu, gələcəyə aparan körpülərin hələ qurulmadığı bir dövrdə dünyanın siyasi səhnəsinə inamla çıxdı.

1993-cü ildə xalqın çağırışı və təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin təklif etdiyi milli dövlət quruculuğu və müasir inkişaf strategiyası özündə bir sıra vacib komponentləri birləşdirirdi:

- müstəqilliyin təmin edilməsi və müstəqil siyasətin həyata keçirilməsi;

- ictimai-siyasi sabitlik;

- iqtisadi inkişaf və güclü iqtisadiyyat;

- islahatlar və müasir cəmiyyət quruculuğu;

- müasir və güclü ordu quruculuğu;

- suverenlik, ərazi bütövlüyünün bərpası;

- beynəlxalq münasibətlər sisteminə inteqrasiya;

- azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və həmrəylik;

- milli ənənələrə və tarixi köklərə bağlılıq.

Bu mürəkkəb, taleyüklü məsələlərin həlli üçün təqdim olunan inkişaf strategiyası, ilk növbədə, digər güclərin iradəsindən asılı olmayan və yalnız milli maraqları rəhbər tutan müstəqil siyasətin həyata keçirilməsini, ölkədə separatçılıq və mərkəzdənqaçma meyillərinin qarşısının alınmasını və sabitliyin, təhlükəsizlik mühitinin bərqərar edilməsini, institusional islahatların həyata keçirilməsi yolu ilə müasir dövlət idarəçiliyinin və mütərəqqi ictimai münasibətlərin formalaşdırılmasını, beynəlxalq aləmlə bərabərhüquqlu və etibarlı əlaqələrin qurulmasını, mühüm enerji layihələrinin reallaşdırılması və iqtisadi inkişaf üçün zəruri resursların əldə edilməsini, cəmiyyətin müxtəlif sosial təbəqələri arasında azərbaycançılıq ideologiyasına əsaslanan sıx birliyin təminatını və son nəticədə ölkənin ərazi bütövlüyünün bərpa olunmasını nəzərdə tuturdu. Ulu Öndərin milli ideyaya, milli-mənəvi dəyərlərə dərin bağlılığı, irəli sürdüyü təşəbbüslərin, ideya və təkliflərin, xarici siyasətdə çevik, bir çox hallarda heç də hamının dərhal anlaya bilmədiyi uzaqgörən addımlarının ölkənin milli maraqlarına xidmət etməsinə olan sarsılmaz ictimai etimad Azərbaycanın qurtuluşunun siyasi-fəlsəfi mahiyyətini təşkil edən mühüm amildir.

Müstəqilliyin ilk illərində parçalanmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı bu fəlakətdən yalnız Heydər Əliyevin qurtara biləcəyini təkcə onun tərəfdarları deyil, rəqibləri də yaxşı anlayırdı. Ölkədə vətəndaş müharibəsi həddinə çatmış silahlı qarşıdurma cəhdlərinə məhz güclü siyasi xadim, praqmatik lider, müdrik dövlət adamı kimi Heydər Əliyevin titanik səyləri nəticəsində qısa müddətdə son qoyuldu, siyasi mübarizə küçə və meydanlardan parlamentə, seçki platformasına transformasiya olundu, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi.

Məhz Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyə müvəffəq oldu. Birqütblü dünyaya sürətli keçidin ciddi böhran, bir çox hallarda fəlakətlər yaratdığı çətin və qeyri-müəyyən tarixi mərhələdə Azərbaycan özünün Şərq və Qərb arasında körpü funksiyasını bərpa edə bildi. 1990-cı illərdə bir çoxları dünyanın iki fərqli sivilizasiyasını qovuşduran bütün körpülərin yandırılacağını, planetin coğrafiyasından silinəcəyini güman edirdilər. Lakin 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması və sonrakı dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi qlobal əhəmiyyət kəsb edən enerji layihələrinin həyata vəsiqə qazanması ilə bu gümanlar yox oldu. Bu, əlbəttə, Heydər Əliyev siyasi dühasının nəinki Azərbaycan və Cənubi Qafqazın, eyni zamanda, bu gün - XXI əsrdə 30 il öncəkindən daha böyük aktuallıq kəsb edən Avropanın təhlükəsizliyinə tarixi töhfəsi kimi qiymətləndirilir.

1995-ci ildə Azərbaycanın yeni Konstitusiyası qəbul olunduqdan sonra cəmiyyət həyatının bütün sahələrində köklü islahatların reallaşdırılmasına başlandı, ölkədə çoxpartiyalı siyasi sistem formalaşdırıldı, fikir plüralizmi, söz və məlumat azadlığı təmin edildi. Azərbaycanda bazar iqtisadiyyatı quruculuğu istiqamətində mühüm addımlar atıldı, neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin gələcək inkişafının beynəlxalq zəmanəti və maddi resursları təmin olundu. Təkcə onu qeyd etmək kifayətdir ki, Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar nəticəsində ümumi daxili məhsul 71 faiz artdı. 1993-2002-ci illər ərzində Azərbaycanda istehsal və qeyri-istehsal sahələrinin inkişafına 8,2 milyard manat sərmayə cəlb edildi. Sürətlə artan inflyasiyanın dayandırılması, xarici ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin 1993-cü illə müqayisədə 2,8 dəfə artaraq 3,8 milyard ABŞ dollarına çatması ölkədə davamlı inkişafa imkan yaradan yeni iqtisadi münasibətlər sisteminin qurulmasının nəticəsi idi. Ümummilli Liderin nəticəyə hesablanmış siyasəti sayəsində Azərbaycanın milli inkişaf strategiyasının ən mühüm parametrlərindən biri - güclü milli iqtisadiyyatın qurulması istiqamətində ciddi uğurlar əldə edildi. 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının l Qurultayında müstəqil dövlətimizin keçdiyi onillik inkişaf yolu haqqında danışan Ulu Öndər deyirdi: “Azərbaycanın biz bir çox ağır və çətin məsələlərini həll etdik və qarşıda duran üfüqləri də çox yaxşı görürük. Azərbaycanın böyük təbii sərvətləri, əlverişli coğrafi-strateji mövqeyi, güclü iqtisadi, intellektual potensialı və azərbaycanlıların yüksək mədəni səviyyəsi müstəqil ölkəmizin gələcəyinin çox xoşbəxt və firavan olmasını təmin edəcəkdir. Əmin ola bilərsiniz ki, bu yol, qarşıda duran üfüqlər, perspektiv tam realdır. Apardığı iqtisadi siyasət sayəsində bir neçə ildən sonra Azərbaycan zəngin ölkələrdən biri olacaqdır”.

Ulu öndər Heydər Əliyevin tariximizdə son dərəcə böyük dəyər kəsb edən xidmətlərindən biri də onun yalnız milli inkişaf strategiyasını həyata keçirməklə kifayətlənməməsi idi. Çünki qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün mövcud siyasi kurs davam etdirilməli və bu mənada siyasi-ideoloji varislik qorunub saxlanılmalıydı. Dünya təcrübəsinə nəzər yetirsək görərik ki, bir çox hallarda uğurla inkişaf edən ölkələr məhz mövcud siyasi kursun dəyişdirilməsi nəticəsində tarixi nailiyyətləri əldən vermişdilər. Milli inkişaf xətti ilə ardıcıl və dinamik surətdə irəliləyən Azərbaycanın qarşısında isə güclü dövlət quruculuğunun tamamlanması və keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ölkənin ərazi bütövlüyünün bərpa olunması kimi mürəkkəb məsələlər dayanırdı.

Cənab İlham Əliyevin xalqın böyük etimadını və dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi 2003-cü ildən sonrakı dövrdə ölkəmizlə bağlı öz mənafelərinə uyğun planlar quran bəzi daxili və xarici qüvvələrin ssenarilərinin üstündən xətt çəkdi. Məhz siyasi-ideoloji varislik Prezident İlham Əliyevə Ulu Öndərin milli dövlət quruculuğu strategiyasını çağdaş dövrün yeni reallıqlarından qaynaqlanan, qloballaşan dünyanın mürəkkəb iqtisadi və siyasi şərtlərini nəzərə alan, çoxqütblü nizama keçidin özü ilə gətirdiyi mənfi təzahürləri neytrallaşdırmağa əsas verən ideyalarla zənginləşdirməyə, müstəqil, düşünülmüş və prinsipial siyasət yürütməyə imkan yaratdı.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi strategiya nəticəsində Azərbaycan qısa müddətdə yüksək nailiyyətlərə imza atdı. Konkret proqramlar əsasında həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri paytaxt Bakının və bölgələrin simasını tamamilə yeniləşdirdi, regionlarla mərkəz arasında fərq kəskin şəkildə azaldı, ölkədə bütün sahələri əhatə edən nəhəng infrastruktur layihələri reallaşdırıldı. Azərbaycanın enerji təhlükəsizliyi təmin edildi, dövlətimizin başçısı tərəfindən ərzaq təhlükəsizliyi məsələsinin həlli prioritet vəzifələrdən biri kimi müəyyənləşdirildi, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin reallaşdırılmasına başlandı.

2013-cü ildən etibarən öz süni peyklərini orbitə çıxarmağa başlayan Azərbaycan dünyanın kosmik klubunun azsaylı üzvlərindən birinə çevrildi. 2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi, neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması, bu neft yataqlarının işlənilməsinin 2050-ci ilə qədər uzadılması, “Cənub Qaz Dəhlizi” layihəsinin və onun TANAP, TAP kimi seqmentlərinin reallaşdırılması “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın neft strategiyasının yeni uğurları olmaqla yanaşı, həm də ölkəmizin dünya enerji bazarında rolunu xeyli dərəcədə artırdı və Avrasiyanın enerji xəritəsini dəyişdirdi.

Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 65 faizdən çoxu məhz Azərbaycanın payına düşür. 2003-cü illə müqayisədə Azərbaycan iqtisadiyyatında 3 dəfədən çox artım qeydə alınıb. 2003-2021-ci illər ərzində Azərbaycanda sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, qeyri-neft ixracı 5,2 dəfə, valyuta ehtiyatları 27 dəfədən çox artıb. 2003-cü ildə 1,8 milyard dollar valyuta ehtiyatlarına malik olan Azərbaycan hazırda bu göstəricini 53 milyard dollara çatdırıb ki, bu da birbaşa xarici dövlət borcunu 7,4 dəfə üstələyir. Yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Azərbaycanın mühüm coğrafi mövqeyi, strateji əhəmiyyət kəsb edən nəqliyyat infrastrukturunun dünya standartlarına uyğun inkişaf etdirilməsi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, müasir hava limanlarının tikilib istifadəyə verilməsi, ölkə və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəal iştirakçısına və regionun nəqliyyat-kommunikasiya habına çevrilməsinə şərait yaratdı. Təsadüfi deyil ki, bu gün Avropa İttifaqı Azərbaycanın nəqliyyat infrastrukturuna böyük maraq göstərir.

Sürətlə və dinamik inkişaf edən Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasət yürüdərək beynəlxalq aləmdə mövqelərini daha da gücləndirməyə nail olub. Ölkəmiz çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməklə sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa, qlobal siyasi, iqtisadi, humanitar məsələlərin həllinə öz layiqli töhfələrini verir. 2012-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilən, bu gün Qoşulmama Hərəkatı kimi böyük təşkilata sədrlik edən, Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirən, bir çox nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələrinə malik, ikitərəfli və çoxtərəfli tərəfdaşlıq formatlarında fəallığı ilə diqqəti cəlb edən, region ölkələri ilə mehriban qonşuluq, dostluq və səmərəli əməkdaşlıq prinsipləri əsasında əlaqələr qurmuş Azərbaycan beynəlxalq arenada böyük nüfuz sahibi, etibarlı tərəfdaş, mühüm məsələlərin həllində öz prinsipial mövqeyini ortaya qoyan və söz sahibi olan ölkə kimi tanınır.

Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni məzmunla zənginləşdirilməsi və müasir idarəetmə mexanizmlərinin formalaşdırılması, milli həmrəyliyin sosial və ideoloji aspektlərinə praqmatik baxışın yaratdığı yeni milli birlik modeli və nəhayət ölkənin hərbi potensialının gücləndirilməsinə yönəlmiş ardıcıl, məqsədyönlü tədbirlər bir hədəfə - Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə istiqamətlənmişdi. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışında qeyd etdiyi kimi, “bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu”.

Hələ 1999-cu ilin noyabrında Azərbaycan yazıçıları və ziyalıları ilə görüşündə ulu öndər Heydər Əliyev deyirdi: “1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycanın başına bir bəla olub. Düzdür, o vaxtı buranı Ermənistana vermək istəyiblər və Azərbaycanın rəhbərləri çalışıblar və nail olublar ki, qalsın Azərbaycanda. Qalmalıydı, amma muxtariyyət yox. 1923-cü ildə verilmiş muxtariyyət Azərbaycanın içinə qoyulmuş bir bomba idi, nə vaxtsa partlamalıydı”. Faktlar aydın göstərir ki, erməni millətçiləri tarixin bütün mərhələlərində xalqımıza qarşı iddialarla çıxış ediblər və son 200 ildə Azərbaycanın əraziləri hesabına öz dövlətlərini qurmaq, sonrakı mərhələdə isə onu daha da genişləndirmək üçün ardıcıl planlar həyata keçirməyə can atıblar. Azərbaycan SSR-ə 14 illik rəhbərliyi dövründə Heydər Əliyevin nüfuzu və siyasi uzaqgörənliyi bu məkrli planların qarşısına sipər çəkirdi. Ümummilli Lider deyirdi: “Mən Azərbaycandan gedəndən sonra, təəssüf ki, 1988-ci ildə olan hadisələri başladılar. Xırda-xırda Dağlıq Qarabağa nəzarəti azaltdılar, onlar da gəldi bunu elədi”. 1987-ci ildə Ulu Öndər SSRİ rəhbərliyi tərəfindən vəzifəsindən riyakarcasına uzaqlaşdırıldıqdan sonra Ermənistan və dünya erməniliyi öz çirkin niyyətlərini reallaşdırmaq üçün tarixi fürsət əldə etdilər. Üstəlik, 1990-cı ilin əvvəllərində Azərbaycanda AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, xəyanəti, ölkədə hökm sürən hərc-mərclik, özbaşınalıq bu planların daha asanlıqla həyata keçməsinə əlverişli şərait yaratdı. Lakin həmin dövrdə bu planın müəllifləri güman etmirdilər ki, Heydər Əliyev yenidən Azərbaycana qayıdacaq, dövlətimizi və xalqımızı məhv olmaqdan xilas edəcək, Ermənistana işğalın nəticələrini rəsmiləşdirməyə imkan verilməyəcək. Cəmi on ilə Azərbaycan yenidən ayağa qalxacaq, inkişaf edəcək və sonda öz qəti sözünü deyəcək. Buna görə də 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər mahiyyət etibarilə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu.

“Son 17 il ərzində mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi - güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək!”. Azərbaycan Prezidentinin 17 illik mübarizəsinin, əzminin, siyasi iradə və qətiyyətinin bütün fəlsəfəsi xalqa ünvanladığı müraciətlərdən birində yer almış bu cümlələrdə öz əksini tapıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyətə malik, eyni zamanda, bütün regionda yeni reallıqlar yaradan mühüm tarixi hadisədir. Bu, xalqımızı, dövlətçiliyimizi məhv olmaqdan xilas edərək sabit inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyevin güclü, müstəqil, suveren Azərbaycan naminə başladığı və Prezident İlham Əliyevin müvəffəqiyyətlə başa çatdırdığı milli inkişafımızın taleyüklü, şanlı bir mərhələsidir. 2020-ci il noyabrın 8-də Qarabağın tacı olan Şuşanın azad edilməsi ilə bağlı xalqa müjdəsini çatdıran Prezident İlham Əliyev fikirlərini belə ifadə etmişdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Prezident İlham Əliyevin bu sözləri ata vəsiyyətinin yerinə yetirilməsi ilə yanaşı, həm də Heydər Əliyevin əsasını qoyduğu və sonrakı dövrdə davam etdirilən müdrik siyasətin, milli dövlət quruculuğu və müasir inkişaf strategiyasının təntənəsi kimi anlaşılmalıdır.

“Şuşasız Qarabağ, Qarabağsız, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən ulu öndər Heydər Əliyevin qurduğu müasir milli dövlətimiz indi özünün yeni inkişaf mərhələsini yaşayır. Mürəkkəb və ziddiyyətli geosiyasi proseslərin sürətlə cərəyan etdiyi, qarşıdurmaların və münaqişələrin kəskinləşdiyi dünyada indi ölkəmiz üstün mövqeyə, qalib dövlət nüfuzuna sahibdir. Öz iqtisadi qüdrətinə arxalanan Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini uğurla davam etdirir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa başda olmaqla, bütün ərazilərimiz mədəni-tarixi irsimiz qorunmaqla, müasir infrastruktur yaradılmaqla tezliklə regionumuz cənnət guşələrindən birinə çevriləcək və dayanıqlı məskunlaşma təmin ediləcək. Həyata keçirilən layihələr bu əraziləri yaxın müddətdə sülh və əməkdaşlıq bölgəsi kimi dünyaya tanıtdıracaq.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideyası özündə real müstəqillik, suverenlik, milli-mənəvi dəyərlərə bağlılıq və müasir inkişaf kimi vacib prinsipləri üzvi şəkildə birləşdirdi. Ulu Öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvü, dünya azərbaycanlıları üçün ideoloji bünövrə, onları vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə və ümumi məqsəd uğrunda səfərbər edən qürur mənbəyimizdir. Buna görə də əminliklə demək olar ki, hər bir dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə yanaşı, həm də xalqın birliyi, həmrəyliyi ilə ölçülür. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir.

Ulu öndər Heydər Əliyev demişdi: “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir”. Bu gün Azərbaycanın ərazi bütövlüyü, Şuşada qürurla dalğalanan milli bayrağımız, milli dövlətimiz, müstəqilliyimiz, suverenliyimiz, dünya xalqları arasında öz layiqli yerimizi tutmaq naminə apardığımız 30 illik mücadilənin qürur doğuran bəhrəsi və məntiqi nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək müstəqil dövlətimizi qorumaq, yaşatmaq və daha da inkişaf etdirmək bizim ən əsas vəzifəmizdir.

 

Samir Nuriyev

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edilib

Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib

Mentor: "Yaradıcılıq marafonu" kreativ gənclərin bir araya gəlməsinə kömək edəcək

Rektor: UNEC-də SABAH qruplarına çox önəm veririk

COP29-un uğurlu təşkili anti-Azərbaycan ünsürlərin planlarını iflasa uğratdı ŞƏRH

Ali təhsil pilləsi üzrə ixtisasların təsnifatları təsdiq edilib

Nazir müavini: Əlilliyi olan şəxslərin maliyyə təminatı ildən-ilə artırılır

Azərbaycan millisinin baş məşqçisi: Rusiya ilə oyunların Millətlər Liqasındakı çıxışımıza çox köməyi dəyəcək

Sabah hava şəraiti əsasən yağmursuz olacaq

Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsi Azərbaycandadır - TƏHLİL

Baş katib: Milli komandaya seçim prosesi triatlonun ölkədə inkişaf və kütləviliyindən xəbər verir

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Ankarada Atatürkün məqbərəsini və Heydər Əliyev parkını ziyarət edib

Noyabr ayında Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 27 nəfər saxlanılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

AFP: NATO ölkələri Ukraynanı alyansa dəvət etmək istəmir

Beynəlxalq Ədalət Məhkəməsində ölkələrin iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq öhdəliyi ilə bağlı məsələyə baxılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edilib

Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatının təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli, “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Şöbə müdiri: Şuşada İslam dünyasına Azərbaycan gəncləri, mütəxəssisləri tərəfindən mesajlar ötürülür

SABAH qruplarının məşğulluq göstəriciləri ölkə üzrə 86 faiz təşkil edir

Azər Əmiraslanov: Gələn ilin büdcəsi ilə bağlı layihə zəruri maliyyə təminatını yaratmaq məqsədi daşıyır

Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində ardıcıl işlər aparılır

Dünyada ən çox tamaşaçı toplayan stadionlar açıqlanıb

Əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsait 2 dəfədən çox artıb

Bakıda “Resurslar və mədəniyyət. Arxeologiyadan yeni texnologiyaya” mövzusunda beynəlxalq konfrans keçirilir

Paytaxt rayonlarında qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatıb

Rəsədxana: Geomaqnit sahəsinin qeyri-sabit səviyyələrdə olacağı proqnozlaşdırılır

Sumqayıtda baş verən partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı sona çatıb YENİLƏNİB-4 VİDEO

AMEA-nın vitse-prezidenti: Şuşada gənclərlə bağlı tədbirin keçirilməsi qürurverici məqamdır

Komitə sədri: Büdcənin strateji istiqamətləri Azərbaycanın lider mövqeyini daha da möhkəmləndirir

Sumqayıtda yaşayış binasındakı partlayış zamanı xəsarət alan 6 nəfər tibb müəssisələrinə təxliyə olunub

Sosial müdafiə həssas qrupların iqlim dəyişmələrinin təsiri nəticəsində yaranan xəstəliklərə qarşı mübarizəsini gücləndirir

BMU-nun rektoru beynəlxalq olimpiadalarda iştirakın tələbələr üçün əhəmiyyətindən danışıb

AMB kommersiya banklarından dələduzluq halları ilə bağlı statistik məlumatlar tələb edəcək

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin bu ay bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki açıqlanıb

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərar qəbul edilib

Növbəti tədris ilindən Konqo Demokratik Respublikasından üç tələbə BANM-də təhsil alacaq

Mədəniyyət naziri Kürdəmirdə vətəndaş qəbulu keçirəcək

Zakir Nuriyev: 2030-cu ilədək dayanıqlı layihələrə 2 milyard manat maliyyə vəsaiti ayrılacaq

“Qara Gözəl”də su izləri tapılıb

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir

Vladanka Andreyeva: Əlilliyi olan şəxslər qeyri-mütənasib şəkildə iqlim dəyişikliklərinin təsirinə məruz qalırlar

® “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Prezident İlham Əliyev Yəmənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

İcraçı direktor: Banklar dayanıqlı bankçılıq üçün inkişafı dəstəkləyən strategiyalar hazırlamalıdır

Hesabat: Niyə Ermənistanın müasir ərazilərində azərbaycanlılar yoxdur?

Azərbaycan klubu serbiyalı basketbolçunu transfer edib

Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilir

Gənclər Kitabxanasında Beynəlxalq Əlillər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Prezident İlham Əliyev El-Salvadorun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

ABA sədri: Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı 1,8 faiz azalıb

Nazir müavini: Ali təhsil müəssisələrində karyera inkişafı mərkəzləri təkmilləşdirilməlidir

Milli Kitabxanada Beynəlxalq Əlillər Günü münasibətilə kitab sərgisi açılıb

Sabah Sabunçunun bir hissəsinə suyun verilişi dayandırılacaq

Ədliyyə Nazirliyi tərəfindən elektron hərrac portalı istifadəyə verilib

Prezident İlham Əliyev Mavritaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Sabunçuya elektrik enerjisinin verilişində fasilə yaranacaq

Nizami rayonunun bəzi ərazilərinə qazın verilişində fasilə yaranacaq

Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır

Dünya birjalarında neft bahalaşıb

Mərkəzi Bank: Bu il nağdsız ödənişlərdə böyük irəliləyiş əldə olunub

Azad Laçın özünün ən xoşbəxt günlərini yaşayır – deputat

Faktiki hava: Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir

Azərbaycan Kubokunda 1/8 final mərhələsi başlayır

Qubanın Qırız kəndində qar örtüyünün hündürlüyü 12 santimetr olub

“Azeri Light” markalı neft ucuzlaşıb

Şəkidə dəm qazından zəhərlənən ailə üzvləri evə buraxılıb

® “Voyah” avtomobil brendi ikiillik kasko hədiyyə edir!

Novxanıda baş verən partlayışda iki nəfər xəsarət alıb YENİLƏNİB VİDEO

DİN: Ötən gün 20 cinayətin üstü açılıb

Bakıda VIII Beynəlxalq Bankçılıq Forumu keçirilir

İtaliya mediası soydaşımızın COP29-la bağlı məqaləsini dərc edib

Sumqayıtdakı partlayışda 3 nəfər ağır yanıq xəsarətləri alıb

Paytaxt rayonlarında qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatıb

Britaniya miqrantların deportasiyası ilə bağlı uğursuz plana 904 milyon dollar xərcləyib

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur

Azərbaycanın xarici işlər naziri İrana səfərə yola düşüb

İcraçı direktor: Bakı Təşəbbüs Qrupuna qədər dünya ictimaiyyəti bəzi müstəmləkələrin mövcudluğundan xəbərsiz idi

Abbas Abbasov BMT-də Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyasında iştirak edib VİDEO

Donald Tramp investisiya bankirini ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə namizəd göstərib

Kütləvi xizəksürmə: Astanada qış idman mövsümü başlayıb

"ColorPro Awards” fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Qazaxıstan aylıq taxıl daşınması rekordu qırıb

Rusiya, İran, Türkiyə və Qətər Suriya ilə bağlı Dohada görüş keçirə bilər

Kokain istifadəçisi olduğunu etiraf edən almaniyalı deputat qarşıdakı parlament seçkilərində namizədlikdən imtina edib

ABŞ və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu bərpaedici ədalət uğrunda qlobal hərəkata dəstək vermək öhdəliyini bir daha təsdiqləyir

Ərdoğan: Türkiyə Suriyadakı hadisələri diqqətlə izləyir

Rusiya və Azərbaycan Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün çalışır

Tramp inauqurasiyadan əvvəl Qəzzada girovlar azad edilməsə, qisas alacağı ilə hədələyib

Superliqa: “Fənərbağça” doğma meydanda üç xala sevinib

Ukrayna 2025-ci ildə müharibə üçün Qərbdən 120 milyard dollar istəyib

Qazaxıstanın “CodiPlay” startapı Azərbaycanda təqdim olunub

Media: Fransa hökumətinin devrilməsi Makronun istefası məsələsini gündəmə gətirəcək

Mədəniyyət Nazirliyinin nümayəndəsi: Gənclərdə innovativ və kreativ yanaşma tərzini formalaşdırmaq istəyirik

İrakli Kobaxidze: Ölkə müxalifəti ilə heç bir danışıq aparılmayacaq

“YURDUM – sosial ekokənd” layihəsinin nümayəndələri xeyriyyə yarmarkasında iştirak ediblər

İslam dünyasının “Gənclər Paytaxtı” olan Şuşa şəhəri yenidən gəncləri bir araya gətirib