REGİONLAR


Ulu öndər Heydər Əliyevin ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir

Ağcabədi, 5 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC 

12 dekabr – ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən ümumtəhsil məktəblərində məruzələr təşkil edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 5-də Ağcabədi şəhər 9 nömrəli tam orta məktəbdə dinlənilən məruzə “Heydər Əliyev və azərbaycançılıq” mövzusuna həsr olunub. Məktəbin şagirdləri əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitablardan ibarət “Unudulmaz şəxsiyyət” adlı sərgi ilə tanış olublar.

Mərkəzin əməkdaşı Rövşanə Əliyeva məruzəsində ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında, beynəlxalq aləmdə tanınmasında misilsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, hər bir müstəqil dövlətin özünəməxsus milli dövlətçilik ideologiyası mövcuddur. Azərbaycan dövlətinin milli ideologiyasının əsasını ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən azərbaycançılıq təşkil edir.

Vurğulanıb ki, bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər ona tariximizin yaddaşına əbədi həkk olunmaq, öz xalqının qəlbində əbədi yaşamaq səadəti qazandırıb. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir.

Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən ümumtəhsil məktəblərində təşkil olunan məruzələr tədris ilinin sonunadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.