CƏMİYYƏT


Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti hər bir azərbaycanlı üçün fəxr və qürur mənbəyidir

Bakı, 7 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

YAP Nizami rayon təşkilatından AZƏRTAC-a verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilən tədbirdə çıxış edən təşkilatın sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycanın müstəqillik dövründə qazandığı uğurların bünövrəsinin dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti hər bir azərbaycanlı üçün fəxr və qürur mənbəyidir.

Qeyd olunub ki, Vətən müharibəsində qazanılan Zəfər ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməlin nəticəsidir. Xalqımız tam əmin idi ki, Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə münaqişə öz ədalətli həllini tapacaq, işğal altındakı torpaqlarımız azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Tədbirin sonunda 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı müddətdə şəhid ailələrinə və qazilərə qayğı tədbirlərində fəal iştirak etmiş ərazi ilk partiya təşkilatları təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.