REGİONLAR
Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu Vətənə xidmət nümunəsinə çevrilib
Masallı, 15 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 15-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Tariximizin qurtuluş zirvəsi” mövzusunda keçirilən konfransda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizi böyük bəlalardan qurtarmasından, Azərbaycanın uğurlu gələcəyinin təməlinin qoyulmasından danışıb. Qeyd olunub ki, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi və fədakarlığı, şərəfli ömür yolu doğma xalqımız üçün Vətənə xidmət nümunəsinə çevrilib. Bu gün böyük rəhbərin siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində doğma Azərbaycanımız gündən-günə inkişaf edir.
Konfransda Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərovun mövzu ilə bağlı məruzəsi dinlənilib.
Digər çıxış edənlər 26 il əvvəl ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən danışıblar.