Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyası Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəldib

Ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyası Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəldib

Naxçıvan, 19 sentyabr, AZƏRTAC

Neft strategiyasının reallaşdırılmasına aparan

uğurlu yol: neft diplomatiyası

Azərbaycan dünyada zəngin təbii sərvətlərə malik ölkələrdən biridir. Ancaq etiraf etməliyik ki, xalqımız bu sərvətlərdən biri olan neftdən yalnız XX əsrin sonralarında – dövlət müstəqilliyini bərpa etdikdən sonra tam bəhrələnmək imkanı əldə edib. Bu imkanı reallığa çevirən isə ulu öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyası və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyasıdır. Neft strategiyası ölkəmizin təbii sərvətlərindən xalqımızın bəhrələnməsini təmin etdisə, neft diplomatiyası Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün dünyanın Qafqazda marağı olan bütün mərkəzlərinin iqtisadi mənafelərinin ödənilməsinə şərait yaratdı. Bu isə Azərbaycan Respublikasının beynəlxalq aləmdəki tərəfdaşlarının, dostlarının sayının daha da artması demək idi.

Görkəmli dövlət xadimi çox qısa müddətdə elə bir strategiya və diplomatiya ərsəyə gətirdi ki, hətta Azərbaycanın bədxahları da onun dühası, uzaqgörən siyasəti qarşısında aciz qaldıqlarını etiraf etdilər. Həmin strategiya ölkəmizin uzunmüddətli inkişafını təmin etməklə yanaşı, dövlət müstəqilliyimizin əbədiləşdirilməsinin də qarantına çevrildi. Sonralar “Əsrin müqaviləsi” adlandırılan Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənməsi məqsədi ilə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişində, demək olar ki, dünyanın bütün qütbləri iştirak edib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə adı çəkilən sazişi imzalamış beynəlxalq konsorsiumdakı şirkətlər elə ölkələri təmsil edirdilər ki, həmin dövlətlər regionda sülhün və sabitliyin növbəti dəfə pozulmasına qətiyyən yol verməzdilər. Halbuki, müqavilənin imzalanmasından cəmi bir il əvvəl Azərbaycanın qalan ərazilərinin də işğal və ya ilhaq ediləcəyi barədə təhdidlər eşidir, dövlət müstəqilliyimizin növbəti dəfə itiriləcəyi təhlükəsinin həyəcanını yaşayırdıq. Ümummilli Lider dünya şirkətləri ilə möhtəşəm neft sazişini imzalamaqla həm Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaratdı, həm dövlət müstəqilliyinin əbədiləşdirilməsinə nail oldu. Bununla yanaşı, canı qədər sevdiyi ölkəsinin, xalqının uzunmüddətli sosial rifahının gündən-günə yaxşılaşması üçün əsaslı iqtisadi bazanın formalaşmasını təmin etdi.

Təlatümlü dənizdən “sakit okeana”

Bəlkə bu gün ölkəmizdəki dayanıqlı ictimai-siyasi sabitlik, sürətli iqtisadi inkişaf fonunda çoxumuz keçmişdə baş verən siyasi, iqtisadi kataklizmlərdə yaranan dəhşətli təhlükələr zamanı düzgün qərar verməyin, doğru yolu seçməyin nə qədər çətin olduğunu anlaya bilmirik. Təbii ki, hər tərəfin, necə deyərlər, qatı dumana büründüyü zamanlarda seçilən düzgün yolun əhəmiyyəti, aydınlıqda seçiləndən qat-qat çətin və məsuliyyətlidir. Dövlət müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə də ölkəmiz məhz qaranlığa qərq olmuş tənha adaya bənzəyirdi. Hər kəs Azərbaycanda neft və qaz hasilatının artırılmasını ölkədə iqtisadi və sosial çətinlikləri aradan qaldırmağın əsas yolu kimi görürdü. Ancaq hasilatı necə artırmaq olardı? Bir tərəfdən, bu məqsədi reallaşdırmaq üçün maliyyə imkanları yox idi, başqa bir tərəfdən Ermənistanın Azərbaycana qarşı hərbi, siyasi, iqtisadi təcavüzü davam edirdi, digər tərəfdən isə ölkəni bürümüş daxili ziddiyyətlər, səbatsızlıq, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirirdi. Bundan başqa, xarici neft şirkətləri ilə danışıq aparan mütəxəssislər Azərbaycanın maraqlarının təmin edilməsinə nail ola bilmirdilər. 

Onu da deyək ki, Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə hələ 80-ci illərin sonlarından aparılan danışıqlar 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o, nəinki xalqın mənafelərini nəzərə almır, hətta imzalanacağı təqdirdə ölkənin qiymətli təbii sərvətinin talan ediləcəyinə imkan yaradacaq, nəticədə iqtisadiyyatımıza böyük ziyan vurulacaqdı.

1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.

Dahi şəxsiyyətin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında onun ən böyük silahdaşı məhz o zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsi üçün gərgin əmək sərf edib. Həmin vaxtlarda cənab İlham Əliyev Azərbaycanda həyata keçirilən enerji layihələrinin ölkəmizin gələcək inkişafındakı rolunu belə qiymətləndirib: “Sazişlərin həyata keçirildiyi dövrdə neft sənayesinin infrastrukturu xeyli dərəcədə təzələnəcək və neft sənayemizin yeni, güclü infrastrukturu yaranacaqdır. Ölkə iqtisadiyyatının digər sahələrinə sərmayələr axını təmin ediləcəkdir. Azərbaycan yeni, müasir texnologiyalar əldə edəcəkdir. Xarici şirkətlərin ödədiyi vergilərdən büdcəyə mədaxil xeyli artacaqdır. Müxtəlif sənaye və xidmət sahələrində minlərlə yeni iş yeri açılacaqdır. Azərbaycan neft satışından milyardlarla dollar götürəcəkdir ki, bu da geniş sosial proqramları həyata keçirməyə, əməkhaqqını və pensiyaları artırmağa, imkansız ailələrə, müharibə əlillərinə və qaçqınlara daha da çox kömək etməyə imkan verəcəkdir. Nəticədə, güclü iqtisadi potensial yaradılacaq və bu da ölkənin müstəqilliyini bundan sonra da qoruyub möhkəmlətməyə imkan verəcəkdir”.

Tarixi, siyasi və beynəlxalq əhəmiyyətə malik “Əsrin müqaviləsi”

Seçilən düzgün yol, aparılan gərgin iş öz bəhrəsini verdi. 1994-cü il sentyabrın 20-də Bakı şəhərinin “Gülüstan” sarayında XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan saziş imzalandı. Bakıda dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik, neft hasilatı üzrə ixtisaslaşmış 13 iri neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan bu irimiqyaslı beynəlxalq müqavilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynayıb. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini göstərdi. Bu müqavilə dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. “Azəri-Çıraq-Günəşli” yataqlarından hasilat isə 20 il əvvəl - 1997-ci ilin noyabr ayında başladı.

“Əsrin müqaviləsi”nin imzalanması mərasimində ulu öndər Heydər Əliyev bu tarixi hadisəyə qiymət verərək deyib: “Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər”.

Bu müqavilə sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq, ilk növbədə, Azərbaycan dövlətinin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı.

AZƏRTAC xəbər verir ki, “Əsrin müqaviləsi”nin imzalanmasından keçən 23 il ərzində uğurlu nəticələr əldə olunub. “Azəri-Çıraq-Günəşli”yə 33 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb, 436 milyon ton neft hasil edilib. Ölkəmiz isə bundan 125 milyarddan çox birbaşa mənfəət əldə edib.

Uğurlu enerji strategiyasının həyata keçirilməsi nəticəsində bu gün ölkəmizin bütün şəhər, qəsəbə və kəndləri çıraqbana dönüb, bölgələrimiz abadlaşıb, inkişaf edib. Ötən illər ərzində 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 50-dən çox olimpiya mərkəzi tikilib istifadəyə verilib. On bir min kilometrdən çox yol çəkilib, enerji infrastrukturumuz möhkəmlənib, iqtisadiyyatımız şaxələndirilib. Bütün bunlara neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə nəticəsində nail olunub.

Prezident İlham Əliyev bu barədə deyib: “Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı”.

Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verib və bu missiya bu gün yeni uğurlarla davam etdirilir. “Əsrin müqaviləsi”nin reallaşdırılması ilə əsası qoyulmuş Azərbaycanın yeni neft strategiyası iqtisadiyyatın şaxələndirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün də əlverişli imkan yaradıb. Bu da öz növbəsində ölkənin neftdən asılılığının azalmasına və yeni iş yerlərinin açılmasına səbəb olub. Bununla yanaşı, “Əsrin müqaviləsi” çərçivəsində yaradılmış mühüm infrastruktur obyektləri, dünyanın neftçıxarma sənayesində tətbiq olunan ən son texnologiyalar, unikallığı ilə diqqəti cəlb edən çoxsaylı platformalar, Səngəçal neft-qaz terminalı, sualtı boru xətləri, geniş imkanlara malik ixrac boru kəmərləri və s. Azərbaycanın yeni neft erasının misilsiz nailiyyətləri kimi diqqəti cəlb edir.

Üç dənizin əfsanəsi

Hər hansı ölkədə istehsal olunan neft, təbii qaz o zaman xalqa və dövlətə səmərə verər ki, bu sərvət dünya bazarına çıxarıla bilsin. Ona görə də ulu öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycan neftinin dünya bazarına nəqli yollarının dəqiq müəyyənləşdirilməsi idi. Xalqımızın və dövlətimizin mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi üçün strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsi əsas götürüldü və geridə qalan illər sübut etdi ki, bu variant həqiqətən Azərbaycanın maraqlarını tam təmin edir.

Çox böyük maneələrə baxmayaraq, Ümummilli Liderimizin qətiyyəti və cəsarətli siyasəti sayəsində 2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin, ABŞ-ın energetika nazirinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməli qoyulub. Təxminən, üç il sonra, 2005-ci ilin mayında kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib və boru xəttinə ilk neft vurulub. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verilib. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatıb və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salınıb.

“Üç dəniz əfsanəsi” adlandırılan və strateji əhəmiyyəti ilə seçilən layihənin əfsanədən gerçəkliyə çevrilməsi qısa zaman kəsiyində Azərbaycana çox böyük siyasi və iqtisadi qazanclar gətirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Hər bir dövlətin müstəqilliyinin dayanıqlı olması onun iqtisadi potensialından da asılıdır. Azərbaycanın tam müstəqil dövlət olması üçün onun iqtisadi inkişafının da əsaslarını hazırlayan Ulu Öndərimiz qısa müddətdə islahatların aparılmasına nail olmuş, davamlı inkişaf üçün böyük maliyyə imkanları yaradan neft strategiyasını işləyib hazırlamış, Azərbaycan regionda həyata keçirilən qlobal layihələrin təşəbbüsçüsü və fəal iştirakçısı rolunu oynamağa başlamışdır. O zaman nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda atılmış addım kimi tarixə düşmüşdür”.

Bu gün böyük enerji ixracatçısına çevrilmiş Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları neft-qaz boru kəmərləri, terminallar və dəmir yolu vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır. Dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdə davam edir.

Respublikamızın geosiyasi mövqeyi ilə bağlı tranzit imkanlarının genişləndirilməsi, beynəlxalq neft-qaz kəmərlərinin yeni şəbəkəsinin formalaşmasında fəal iştirakının təmin edilməsi iqtisadiyyatımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən TANAP, TAP kimi iri transmilli layihələrin reallaşdırılmasında respublikamızın söz sahibinə çevrilməsi və əhəmiyyətli paya malik olması, “XXI əsrin layihəsi” hesab edilən “Şahdəniz-2” layihəsinin reallaşdırılması da əsası “Əsrin müqaviləsi” ilə qoyulan böyük neft strategiyasının məntiqi davamıdır. Bu layihələr bir tərəfdən Azərbaycanın vacib iqtisadi və enerji tərəfdaşı kimi dünyada mövqelərini möhkəmləndirirsə, digər tərəfdən gələcəkdə qaz ixracı hesabına da böyük gəlirlər əldə edəcəyinə təminat verir.

Yenidən işlənmiş saziş gələcək iqtisadi inkişafımıza zəmanət verir

Ötən günlərdə - sentyabrın 14-də ölkəmizin həyatında daha bir əlamətdar və tarixi gün yaşanıb. Bakıda Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib və yenidən tərtib olunan sazişin imzalanması mərasimi keçirilib. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıblar.

Hasilatın Pay Bölgüsü haqqında düzəliş edilmiş və yenidən işlənmiş sazişə əsasən, BP layihənin operatoru olaraq qalacaq. Növbəti 32 il müddətində “Azəri-Çıraq-Günəşli” yataqlarına 40 milyard dollardan artıq sərmayə qoyulacaq. Bu sazişin ardınca SOCAR və tərəfdaşları arasında “Azəri-Çıraq-Günəşli” müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin aparılması haqqında razılaşma əldə olunub.

Bu müqavilənin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Belə ki, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanan kontrakt da respublikamızın maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanıb.

Dövlətimizin başçısı Hasilatın Pay Bölgüsü haqqında düzəliş edilmiş və yenidən işlənmiş sazişin imzalanma mərasimindəki çıxışında sözügedən müqavilənin bir neçə əsas parametrini diqqətə çatdırıb. Bildirib ki, kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Bundan başqa, kontrakta əsasən, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Müqavilənin əsas şərtləri göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

Yenidən işlənmiş sazişin şərtləri isə deməyə əsas verir ki, növbəti 32 il ərzində AÇG-nin ölkəmizə verəcəyi iqtisadi mənfəət maksimum həddə olacaq. Bununla bərabər, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına inamı daha da güclənəcək.

“Əsrin müqaviləsi” Azərbaycana indiyədək olduğu kimi, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəltmək imkanı verəcək. Bununla da respublikamız bir çox neft hasil edən ölkələrdən fərqli olaraq, nefti insan kapitalına çevirə bilən dövlət imicini qoruyub saxlayacaq. Çünki Prezident İlham Əliyevin dediyi kimi, “Neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün”.

“Əsrin müqaviləsi” bundan sonrakı illərdə daha böyük uğurlar vəd edir

Yuxarıda qeyd etdiyimiz kimi, “Əsrin müqaviləsi” təkcə iqtisadi sahədə deyil, siyasi-diplomatik sahədə də ölkəmizə çox böyük səmərə verib. Azərbaycan BMT Təhlükəsizlik Şurasına, Avropa Şurasının Nazirlər Komitəsinə və bir sıra mötəbər beynəlxalq təşkilatlara sədrlik edib. Bu gün dövlətimizin başçısı “Böyük iyirmilər”in sammitlərinə dəvət edilir. Azərbaycan kosmik ölkələr ailəsinin üzvüdür. Bakı və Naxçıvan dünyanın mütərəqqi təşkilatlarının tədbirlərinə ev sahibliyi edir. Ölkəmizin həm siyasi, həm də iqtisadi reytinqi gündən-günə artır. Bütün bunların hamısı ölkədə aparılan hərtərəfli islahatların, ən başlıcası isə ulu öndər Heydər Əliyevin neft strategiyasının bizə verdiyi səmərələrdir. Deməli, həmin uğurlar həm də “Əsrin müqaviləsi”nin nəticələridir. Daha böyük nəticələr isə hələ öndədir.

Bəli, ötən dövrdə uğurla həyata keçirilən milli neft siyasəti hələ uzun illər bundan sonra da dövlətimizin güclənməsinə, xalqımızın rifahına və mədəni intibaha xidmət edəcək, sabitlik və inkişaf təmin olunacaq. Respublikamızda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən möhtəşəm quruculuq tədbirləri də Ulu Öndərin neft strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir. Muxtar respublikada həyata keçirilən ardıcıl islahatlar bu qədim diyarın sosial-iqtisadi mənzərəsini kökündən dəyişib, iqtisadi və sosial sahələrdə baş verən dəyişiklikləri xarakterizə edən makroiqtisadi göstəricilər ilbəil yüksəlib. Son illər muxtar respublikada müasir infrastruktur qurulub, yeni müəssisələr yaradılıb, iş yerləri açılıb, iqtisadi potensial gücləndirilib, quruculuq işləri geniş vüsət alıb. Naxçıvanın ərzaq və enerji təhlükəsizliyi tam təmin olunub. Təbii ki, əldə olunan bu sosial-iqtisadi yüksəliş düzgün idarəetmənin nəticəsi olmaqla yanaşı, həm də “Əsrin müqaviləsi”ndən başlanan inkişaf yolunun bəhrələridir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AzMİU-nun müəllim və tələbələri Belçikada pilot tədris həftəsində iştirak ediblər

Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib

Dövlət Su Ehtiyatları Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq

® Balaxanı Əməliyyat Şirkətinin rəhbər və işçi heyəti İlaxır çərşənbəsini qeyd edirlər

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

Britaniyanın rəsmi sikkəsində “Ulduz müharibələri” filmindən “Minilliyin şahini” təsviri yer alıb

Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ideal məkana çevirir – RƏY

BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət olunub

BMU-da əcnəbi tələbələr üçün “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib

Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir

BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub

Ağalı sakinləri İlaxır çərşənbəni qeyd ediblər FOTO

Akademik: Ekoloji terrora məruz qalmış Azərbaycan torpaqlarının və meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır

® “Coca-Cola” gəncləri Novruz bayramı münasibətilə təbrik etdi

® Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul olub

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir

Çiçəkçilik sevdası: Hobbi necə biznesə çevrildi? – MÜSAHİBƏ

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək