SİYASƏT


Ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti müstəqilliyimizi, dövlətçiliyimizi möhkəmləndirib

Pekin, 11 dekabr, AZƏRTAC

Azərbaycanın Hindistandakı səfirliyində ulu öndər Heydər Əliyevin vəfatının ildönümü münasibətilə anım mərasimi təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Hindistan Gənc Liderlər Konfederasiyasının üzvü olan müəllim və tələbələr, KİV nümayəndələri iştirak ediblər.

Ölkəmizin Hindistandakı səfiri Əşrəf Şıxəliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib, onun 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda bugünkü siyasi sabitlik və inkişafının təməlinin qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndərin uzaqgörən və müdrik daxili və xarici siyasəti müstəqilliyimizi, dövlətçiliyimizi möhkəmləndirib, Azərbaycanın dünyada tanıdılmasına, ölkənin hazırki iqtisadi qüdrətinin əldə edilməsinə misilsiz töhfələr verib.

Gənc Liderlər Konfederasiyasının sədri Himadriş Suvan Azərbaycan və Hindistan gənclərinin təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyini bildirib, iki ölkənin gənc liderləri arasında əməkdaşlıq imkanlarının yaradılmasında maraqlı olduqlarını ifadə edib. O, rəhbərlik etdiyi konfederasiyanın nümayəndələrindən ibarət heyətin gələn ilin aprel və ya may aylarında Azərbaycana səfər edərək “ASAN xidmət” könüllüləri ilə görüşlər keçirməyi planlaşdırdığını bildirib.

Mərasimdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə kitab və məcmuələr sərgilənib, sənədli film nümayiş etdirilib.

Sonda Ulu Öndərin əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.