SİYASƏT


Ulu öndər Heydər Əliyevin xatirəsi Belçikada ehtiramla anılıb

Brüssel, 11 may, AZƏRTAC

Mayın 10-da Azərbaycanın Belçikadakı Səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səfir Vaqif Sadıqov Ulu Öndərin müasir Azərbaycanın yenidən qurulmasında gördüyü əvəzsiz işlərindən bəhs etdi.

Diplomat, həmçinin ulu öndər Heydər Əliyevin diplomatik xidmət orqanları qarşısında qoyduğu vəzifələrin əhəmiyyətini qeyd edərək, torpaqların azad olunması kimi ali məqsədin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən artıq həyata keçirildiyini bildirib. Vurğulayıb ki, İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbə uğurla davam etdirilən xarici siyasət strategiyasının Qələbəsidir.

Sonda səfir V.Sadıqov bu tarixi şəxsiyyətin ölkəyə rəhbərliyi dövründə Azərbaycan-Belçika münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində görülən mühüm işlərə toxunub, Azərbaycanla NATO və Avropa İttifaqı arasında əlaqələrin qurulmasının bu dövrə təsadüf etməsinə diqqət çəkib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.