SİYASƏT


Ulu öndər Heydər Əliyevin xatirəsi İordaniyada anılıb

Bakı, 9 may, AZƏRTAC

Azərbaycanın İordaniyadakı səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Böyük Əmman Bələdiyyəsinin məsul əməkdaşları, Əmman şəhərinin Bədr rayon bələdiyyəsinin sədri və üzvləri, yerli KİV nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri və səfirliyin işçiləri iştirak ediblər.

Səfir Rasim Rzayev 10 may tarixinin Azərbaycan xalqı üçün əlamətdar tarix olduğunu, həmin gündə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olduğunu vurğulayıb. Bildirib ki, artıq 16-ci ildir qədirbilən Azərbaycan xalqı dahi şəxsiyyət Heydər Əliyevin doğum gününü onsuz qeyd edir.

Səfir görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq, Ümummilli Liderin müstəqil Azərbaycanın bir dövlət kimi yaşamasında müstəsna xidmətlərini qeyd edib. Ulu Öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğu, bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr etdiyi, ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıtdığı, məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirdi, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atdı. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində hazırda Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib, dünyada nüfuzu yüksəlib, iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyulub.

Tədbir iştirakçıları Ümummilli Liderin mənalı ömrünü əks etdirən fotosərgi ilə və kitablarla tanış olublar.

Daha sonra tədbir iştirakçıları Əmman şəhərinin Bədr rayonunda Ulu Öndərin adını daşıyan meydana gələrək Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.