İDMAN


Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən stolüstü tennis turniri keçirilib

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də “Şüa” idman-sağlamlıq kompleksində stolüstü tennis turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının dəstəyi, “Brend.sport.az saytının təşkilatçılığı ilə baş tutan turnir ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illik yubileyinə həsr olunub. “İlhamlı qələbələr” adlı turnirdə jurnalistlər, incəsənət nümayəndələri və tanınmış şəxslər iştirak ediblər.

Turnirdə kişilərin yarışında birinci yeri Rəşad Cavadov (“Sportsman” jurnalı), ikinci yeri Fərəməz Bağırov (AZƏRTAC), üçüncü yeri Əməkdar artist Səlim Abbasov tutublar. Qadınların mübarizəsində isə Məhluqə Nəsirova (Brendsport.az), Gülzar İbrahimova (“Sehirli dünya” uşaq jurnalı) və Jalə Paşayeva (Brendsport.az) fərqləniblər.

Qalib və mükafatçılara diplom və qiymətli hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.