REGİONLAR


Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan idman yarışlarının qalibləri mükafatlandırılıb

Ağsu, 8 may, AZƏRTAC 

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ağsuda gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə idman yarışları keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışlarda 10 və 16 yaşadək şahmatçılar arasında rayon birinciliyi, həvəskarlar arasında nərd, təhsil işçiləri arasında isə mini futbol üzrə rayon çempionatı keçirilib. Birincilik və çempionatda ümumilikdə 116 nəfər iştirak edib.

Qaliblərə rayon gənclər və idman idarəsinin diplom və qiymətli hədiyyələri verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.