İDMAN


Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat turnirinin qalibləri mükafatlandırılıb

Bakı, 19 may, AZƏRTAC

Mayın 18-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş gənclər arasında onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “ASAN Könüllülük” məktəbinin təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının tərəfdaşlığı ilə keçirilən turnirin mükafatlandırma mərasimində ADBTİA-nın İdman işləri üzrə prorektoru Yusif Babanlı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, təhsil müəssisələrinin nümayəndələri və turnir iştirakçıları iştirak ediblər.

Mayın 3-10-da baş tutan şahmat turnirinin qalibi ADBTİA-nın birinci kurs tələbəsi Gövhər Beydullayeva olub. Rüfət Əbdülbağırov ikinci, Tural Məmmədzadə isə üçüncü yerlərə layiq görülüblər.

Qaliblərə sertifikat və hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.