MƏDƏNİYYƏT


Ulucay Akifin şeirləri İspaniya elektron ədəbiyyat jurnalında

Bakı, 11 avqust, AZƏRTAC

İspaniyanın “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində yeni yaradılan “Azərbaycan şairləri” bölməsində gənc, istedadlı şair Ulucay Akifin ispan dilinə tərcümə olunmuş “Kölgə”, “Sual”, “Sevgi marşı” şeirlərinin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin həyat və yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifi Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, bədii redaktoru İspaniyanın filoloq alimi Eva Kontrerasdır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı əsasən dünya ədəbiyyatının İzabella Berd, Tomas Mann, Qabriel Qarsia Markes, Mario Varqas Lyosa, Blanka Andreu kimi korifey yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.