DÜNYA


Uludağda binanın damından qar kütləsi insanların üstünə düşüb

İstanbul, 4 fevral, AZƏRTAC

Türkiyənin Uludağ bölgəsindəki otellərdən birinin damından qar kütləsi insanların üstünə düşüb.

AZƏRTAC xəbər verir ki, qar altında qalan vətəndaşları xilas etmək üçün bölgəyə çoxlu sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib.

Qarın altından altı nəfər çıxarılaraq müxtəlif bədən xəsarətləri ilə Bursa xəstəxanasına yerləşdirilib.

Xilasetmə işləri davam edir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.