CƏMİYYƏT


Ülvi Mehdiyev: Hovuz və su attraksionlarının fəaliyyəti qadağandır

Bakı, 3 avqust, AZƏRTAC

Çimərlikdaxili fəaliyyəti qadağan edilən ərazilər var. Belə ki, hovuz və su attraksionlarının fəaliyyəti qadağandır. Eyni zamanda, çimərliklərdə idman ərazilərinin və ləvazimatlarının tam şəkildə yığışdırılması irəli sürülən tələblərdən biridir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 3-də keçirilən brifinqində deyib.

Onu sözlərinə görə, hazırda ictimai iaşə obyektlərinin yerində fəaliyyətinə qoyulan qadağa çimərlik ərazisindəki həmin obyektlərə də aiddir. Həmçinin xüsusi karantin rejimi dövründə çimərliklərdə musiqili proqramların təşkilinə də icazə verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.