CƏMİYYƏT


Ülvi Mehdiyev: “Rəqəmsal icra hakimiyyəti” portalında yerli icra hakimiyyətlərinin göstərdiyi bütün xidmətlər elektronlaşdırılacaq

Bakı, 23 noyabr, AZƏRTAC

Uzun müddətdir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının xidmətləri elektronlaşdırılırdı və bir vahid elektron hökumət portalı vasitəsilə təqdim olunurdu. Artıq növbəti tapşırıq yerli icra hakimiyyətlərinin xidmətlərini elektronlaşdırmaq idi ki, bu gün həmin yeni portal – “Rəqəmsal icra hakimiyyəti” portalı təqdim olundu. Burada əsas məqsəd yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən xidmətlərin elektron qaydada vətəndaşlara çatdırılması, vətəndaşların yerli icra hakimiyyətlərində elektron qəbula yazılması və qəbul edilməsi, rayonda həyata keçirilən və keçiriləcək layihələrlə bağlı elektron iştirakçılığın təmin edilməsi, yəni rayon ictimaiyyətinin burada olan layihələrlə bağlı öz fikirlərini bildirməsi, təkliflərlə çıxış etməsi və digər hesabat və statistik xarakterli analitik məlumatların hazırlanmasıdır. Bu, çox önəmli bir portaldır. Yerli icra hakimiyyəti orqanlarının “ASAN” standartlarına uyğun bir pəncərə prinsipi ilə xidmətlərini fiziki olaraq göstərməsi də bu layihənin tərkib hissəsidir. Ümumilikdə desək layihə iki hissədən ibarətdir: rəqəmsal bacarıqları və savadı olan vətəndaşların elektron qaydada xidmətlərdən yararlanması və həmin yerli icra hakimiyyətinə “ASAN” standartına uyğun bir pəncərə prinsipi ilə yaxınlaşması və xidmət almasından ibarətdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kütləvi informasiya vasitələrinə müsahibəsində deyib.

Agentliyin sədri bildirib ki, ilkin olaraq Gəncə, Quba və Masallı şəhərlərində pilot olaraq bu sistem işə düşəcək. Qısa müddətdən sonra isə - yəni, gələn ildən etibarən bütün rayon, şəhər icra hakimiyyətlərində həmin sistemdən istifadə edilərək vətəndaşlara xidmət göstəriləcək. Burada əsas məqam odur ki, vətəndaşlara şəffaf, operativ və çevik xidmət göstəriləcək, onlar bürokratik əngəllərdən azad olunacaqlar. Fiziki təmas tamamilə minimuma endiriləcək və həm dövlət qərar qəbuletmə prosesində çeviklik əldə edəcək, həm də vətəndaşların vaxt və maliyyə itkisinin qarşısı alınacaq. Portalda yerli icra hakimiyyətində göstərilən bütün xidmətlər elektron formada təqdim olunacaq. Ümumilikdə, yerli icra hakimiyyəti orqanları 39 xidmət göstərirlər, bunlardan 12-si tam elektronlaşdırılıb. Qarşıdakı aylarda isə bütün xidmətlər tam elektronlaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.