İDMAN
Ülvi Məmmədov: Formula 1 yarışlarının Azərbaycanda təşkili yerli avtoidman həvəskarlarına böyük töhfədir
Bakı, 27 aprel, AZƏRTAC
Formula 1 yarışlarının Azərbaycanda təşkili yerli avtoidman həvəskarlarına böyük töhfədir.
Bu sözləri Formula 1 SOCAR Azərbaycan Qran-Prisini izləyən paytaxt sakini Ülvi Məmmədov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
İdmanın bu növünə 1990-cı illərdən maraq göstərməyə başladığını vurğulayan Formula 1 azarkeşi bildirib: “Həmişə arzulayırdım ki, Formula 1 yarışı ölkəmizdə də təşkil olunsun. Artıq dörd ildir Bakı şəhər halqasında sürət yarışı təşkil olunur. Ölkəmizin təbliği baxımından bu yarışın böyük əhəmiyyəti var. “Ferrari” komandasına azarkeşlik edirəm. Sərbəst yürüşlərdə “Ferrari”nin çıxışı uğurlu alınıb. Ümid edirəm ki, Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məhz “Ferrari”nin pilotu olacaq”.