İDMAN


Ülvi Quliyev Azərbaycan Karate Federasiyaları Assosiasiyasına prezident seçilib

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 8-də Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (AKFA) ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

AZƏRTAC xəbər verir ki, yığıncaq iştirakçılarını salamlayan assosiasiyanın üzvü Həmdiyyə Məmmədov yığıncağın gündəliyi barədə məlumat verib.

Yığıncaqda AKFA-nın rəhbərliyinə seçkilər keçirilib. Assosiasiyanın prezidenti vəzifəsinə Milli Məclisin üzvü Ülvi Quliyev, vitse-prezidenti postuna isə Füzuli Musayev, Rəhman Hətəmov, Fərid Əsgərov və Allahverdi Rüstəmov seçiliblər. Yığıncaqda, həmçinin Yaşar Bəşirov, Elçin Mehdizadə, Maarif Bağırov, Rəfael Bünyatov və Zöhrab Məmmədov təşkilatın idarə heyətinin üzvü olublar.

Yığıncaqda AKFA-nın prezidenti Ülvi Quliyev çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.