CƏMİYYƏT


Umayra Tağıyeva: 2003-cü ilin mayında paytaxtda qış fəslinə xas olan temperatur qeydə alınıb

Bakı, 13 may, AZƏRTAC

Bu ilin may ayı fərqli keçir. Son 21 il ərzində mayda normadan yüksək temperatur rejimi 16 il ərzində müşahidə olunub. Yalnız 5 il ərzində temperatur normadan 3.2 dəfə aşağı olub. Beş ildə mayda hava belə qeyri-sabit keçir. Xüsusilə, 2003-cü ili qeyd etmək istərdim. O zaman Bakıda 5 dərəcə isti olub ki, bu da qış fəslinə xas olan temperaturdur.

AZƏRATC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

“Mayın birinci ongünlüyündə aylıq norma həddində, hətta ondan çox yağıntı qeydə alındı. Belə qeyri-sabitliklər olsa da, fəslə uyğun olmayan anomal hadisələrin tez-tez baş verməsi iqlim dəyişmələrinin təzahürlərindən biridir. Bu il may ayında respublikanın dağlıq ərazilərində qar yağdı. Dekabrda qar örtüyü olmamışdı, lakin mayda Şahdağda 18 santimetrlik qar örtüyü müşahidə olundu. Qarlı hava şəraiti son dəfə 2010-cü ilin mayında müşahidə edilmişdi. O zaman həm Xınalıq, həm də Şahdağda qar qeydə alınmışdı. Lakin bu ilin may ayının birinci ongünlüyündə qar örtüyü daha hündür oldu, yəni 18 santimetr təşkil etdi”, - deyə U.Tağıyeva qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.