CƏMİYYƏT


Umayra Tağıyeva: Apreldən etibarən ölkəmizdə 8 dolu hadisəsi qeydə alınıb

Bakı, 26 may, AZƏRTAC 

Bu il aprel ayından başlayaraq ölkəmizin ərazisində 8 dolu hadisəsi müşahidə olunub.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

“Azərbaycanda dolu hadisələri üzrə statistikaya baxsaq görərik ki, əgər 2000–2010-cu illər üzrə 2-dən 14-ə qədər dolu hadisəsi qeydə alınmışdısa, sonuncu onillikdə diapazon əhəmiyyətli dərəcədə dəyişib. Dolu ilə bağlı hadisələrdə ümumi sayın artımı fonunda illərarası paylaşmada nəzərəçarpacaq dəyişkənlik müşahidə olunur. Misal üçün, əgər 2012-ci ildə 77 hadisə olmuşdusa, 2013-cü ildə 24, 2014-cü ildə 93, növbəti ildə isə 52 belə hadisə qeydə alınıb. 2016-cı ildə iki dəfə az dolu hadisəsi olub, lakin 2018-ci ildə kəskin artaraq 83-ə çatıb. Keçən il isə 54 dolu hadisəsi qeydə alınıb", -deyə U.Tağıyeva qeyd edib.

Onun sözlərinə görə, Böyük və Kiçik Qafqazın dağətəyi rayonlarında yer səthi kifayət qədər qızdığı zaman yuxarı təbəqələrə qalxan isti hava kütlələri nəticəsində dolunun formalaşmasına zəmin yaranır. Bu proseslər bir neçə dəqiqə davam edir və müəyyən zolaqlar üzrə lokal ərazini tutur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.