CƏMİYYƏT


Umayra Tağıyeva: Avqustun 11-də güclü şimal-qərb küləyinin əsəcəyi proqnozlaşdırılır

Bakı, 9 avqust, AZƏRTAC 

Avqustun 9-u günün birinci yarısında Bakıda və Abşeron yarımadasında yağış yağıb. Düşən yağıntının miqdarı Zabratda 6, Bakıda 4, Maştağada 4, Binədə 3, Çilov adasında 2, Sumqayıt, Pirallahı, Neft Daşlarında 1 millimetr olub. Digər rayonlarda əsasən zəif yağış qeydə alınıb. Lerikdə, İmişli, Mərəzədə 3, Qazıməmməddə, Xaltanda 2, Sabirabad, Cəfərxan, Yardımlı, Kişçay (Şəki), Sarıbaş, Şahdağ, Şabran, Oğuz, Zaqatala, Şəki, Altıağac, Xaçmaz, Qubada 1 millimetr yağıntı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Departament rəhbəri qeyd edib: “Havanın temperaturu iqlim normasından 2-4 dərəcə aşağıdır. Sabah, avqust ayının 10-da hava mülayim isti keçəcək, yağmursuz hava şəraiti gözlənilir, zəif cənub-şərq küləyi əsəcək. Bakıda temperatur 35 dərəcəyədək yüksələcək.

Avqustun 11-də isə yenidən güclü şimal-qərb küləyinin əsəcəyi proqnozlaşdırılır. Küləyin sürətinin 15-20, arabir 23-28, Abşeron yarımadasının bəzi yerlərində arabir 30-35 metr/saniyəyədək güclənəcəyi ehtimalı var. Gözlənilən güclü küləklə əlaqədar əhaliyə diqqətli olmağı tövsiyə edirik. Ümumiyyətlə, avqustun 11-də hava sərin keçəcək, temperatur 27 dərəcəyə yaxın olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.