CƏMİYYƏT


Umayra Tağıyeva: Küləkli hava şəraiti iki gün davam edəcək

Bakı, 6 may, AZƏRTAC

Türkiyənın cənubunda formalaşan siklonun tədricən şərqə doğru hərəkət etməsi və dərinləşməsi müşahidə edilir. Hazırda siklonun maksimal inkişaf mərhələsinə çatması prosesi davam edir. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-30 metr/saniyəyədək güclənib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

U.Tağıyeva qeyd edib ki, yaxın iki gün ərzində ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edəcək. Mayın 8-də gündüz saatlarından küləyin sürətinin tədricən zəifləyəcəyi gözlənilir.

Xidmət rəisinin sözlərinə görə, may ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var: “Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.