CƏMİYYƏT
Umayra Tağıyeva: Mayın 16-17-də və 20-21-də ölkə ərazisində qeyri-sabit hava şəraiti proqnozlaşdırılır
Bakı, 13 may, AZƏRTAC
Mayın 14-də gündüz saatlarında hava yağmursuz keçəcək, cənub küləyinin üstünlüyü gözlənilir. Paytaxtda cənub küləyinin sürəti bir qədər artacaq və 15-18 metr/saniyə təşkil edəcək. Mayın 16-sı və 17-də havanın qısa müddətdə yenidən dəyişməsi proqnozlaşdırılır. Bununla bağlı müvafiq təşkilatlara xəbərdarlıq ünvanlanıb. Respublikanın rayonlarında qeyri-sabit və yağıntılı hava şəraiti gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında da yağış yağacağı ehtimal edilir. Yenidən şimal-qərb küləyinin güclənməsi ehtimal edilir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
Xidmət rəisi bildirib ki, növbəti qeyri-sabit hava şəraiti mayın 20-21-də müşahidə ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]