CƏMİYYƏT


Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram

Bakı, 14 iyun, AZƏRTAC

Çimərlik mövsümünün başlanması ilə Xəzərin sahili istirahət üçün sevimli yerlərdən birinə çevrilir. Burada hər il təkrarlanan və bizi narahat edən məsələlər var. Təəssüflər olsun ki, biz tez-tez çimərliklərimizin necə çirkləndiyinin şahidi oluruq.

AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

“Artıq bir neçə ildir ki, ekoloqlar yay aylarında sahil zolağının təmizlənməsi ilə bağlı aksiyalar keçirirlər. Sevindirici haldır ki, bizim tədbirlərimizdə müxtəlif ekoloji təşkilatlar və könüllülər iştirak edirlər. Lakin bununla problemi kökündən həll etmək kifayət etmir. Belə kampaniyalar mövcud problemə diqqətin cəlb edilməsi üçün keçirilir. Lakin fokusumuzu çimərliklərin təmizlənməsindən zibilliklərin əmələ gəlməsinin qarşısının alınması ilə əvəz etsək, birlikdə məqsədimizə nail ola bilərik.

Bu gün mən xüsusilə bizim cəmiyyətin qadınlarına müraciət etmək istəyirəm. Əksər ailələrdə rahatlığı yaradan və qoruyan, uşaqları tərbiyə edən biz qadınlar-analarıq. Təmizliyə və səliqəliliyə sevgi hissi isə hər birimizdə var. Ətrafımızda təmizlik və səliqəlilik olanda hər birimizə xoş olur. Buna nail olmaq isə elə də çətin deyil, kifayət edər ki, hər kəs istirahətdə olduğu yeri özündən sonra yığışdırsın. Bununla biz, həm də şəhər və rayon təsərrüfat xidmətlərinin işini də yüngülləşdirmiş olarıq. Bura bizim doğma ölkəmizdir. Məqsədimiz onu qorumaq, bizdə olan bütün yaxşı ənənələri saxlamaqdır. Bütün qadınları və təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram”,- deyə U.Tağıyeva müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.