İQTİSADİYYAT


“Ümid” yatağı Azərbaycanın müstəqillik dövründə SOCAR-ın geoloqlarının ən böyük kəşfidir

Bakı, 16 aprel, AZƏRTAC

“Ümid” yatağı Azərbaycanın müstəqillik dövründə SOCAR-ın geoloqlarının ən böyük kəşfidir.

AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev deyib.

“Olduqca mürəkkəb geoloji strukturda yerləşdiyinə baxmayaraq, qazmaçılarımız bu quyuda bütün təbii maneələrə qalib gəldilər. Müxtəlif texnoloji həlləri ilk dəfə burada tətbiq edərək quyunu 6800 metrdən artıq, şirkət üzrə rekord dərinlikdə tamamlayan qazmaçılarımız SOCAR-ın ən yüksək debitli quyusunu uğurla istismara təhvil verdilər. Bu məhsuldar quyunun potensial hasilatı ildə təqribən 900 milyon kubmetr həcmində qiymətləndirilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.