İQTİSADİYYAT


“Ümid” yatağında daha bir quyuda qazma işləri yekunlaşıb

Bakı, 17 aprel, AZƏRTAC

“Ümid” yatağının 1 nömrəli dəniz stasionar özülündən faktiki dərinliyi 6810 metr olan 16 nömrəli kəşfiyyat quyusunda qazma işləri başa çatıb.

SOCAR AQŞ-dən AZƏRTAC-a bildirilib ki, bu, Xəzərin Azərbaycan sektorunda qazılmış ən keyfiyyətli quyulardan biridir.

“Ümid” yatağı tarixində ilk dəfə olaraq, SOCAR AQŞ yataq üzrə V horizontdan beynəlxalq standartlara cavab verən avadanlıqla 6046.5-6063.5 metr və 6037-6046 metr intervalından 100 faiz süxur nümunələri götürüb, hermetik şəkildə qablaşdıraraq sifarişçiyə təhvil verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.