İQTİSADİYYAT
“Ümid” yatağındakı 10 saylı quyuda hasilat bərpa edilib
Bakı, 20 sentyabr, AZƏRTAC
“Ümid” yatağındakı 10 saylı quyu yüksək hasilatla istismara qaytarılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2012-ci ildə sutkalıq 750 min kubmetr qaz və 150 ton kondensatla işlənilməyə verilən 10 saylı quyuda son zamanlar hasilatın azalması xüsusi araşdırma aparılmasına zərurət yaradıb, nəticədə həm quyu içində, həm də quyuətrafı zonada bunun səbəbləri təyin edilib.
Yatağın işlənilməsini həyata keçirən “SOCAR-ÜMİD” MMC-nin baş geoloqu İntiqam Bayramovun rəhbərliyi ilə quyunun turşu ilə işlənilməsi layihəsinin icrasına başlanılıb. Layihə uğurla başa çatdırılıb, quyu gündəlik 600 min kubmetr qaz və 110 ton kondensat hasilatı ilə istismara verilib.
Hazırda, yataqdakı 10 və 14 saylı quyulardan ümumilikdə sutkada 1,5 milyon kubmetr qaz və 250 ton kondensat hasil edilir. İndiyədək “Ümid” yatağından 1 milyard 517 milyon kubmetr qaz və 237 min ton kondensat hasil edilib. Yatağın işlənilməsi uğurla davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]