İQTİSADİYYAT
“Ümid” yatağındakı 16 nömrəli quyunun oktyabrda istismara verilməsi planlaşdırılır
Bakı, 4 sentyabr, AZƏRTAC
“Ümid” qaz-kondensat yatağındakı 16 nömrəli quyunun bu ilin oktyabr ayında istismara verilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, 2012-ci ildə “Ümid” qaz-kondensat yatağı sənaye işlənməsinə daxil edilib. Bu ilin əvvəlinə yataqdan 265,3 min ton kondensat və 1 milyard 666,3 milyon kubmetr qaz hasil olunub. Yataqda 2 istismar quyusu fəaliyyət göstərir (12 nömrəli istismar quyusu təmirə dayanıb) və bu quyulardan 1250 min kubmetr/gün qaz, 200 ton/gün kondensat hasil edilir. Hazırda “Ümid” yatağındakı 16 nömrəli istismar quyusunda qazma işləri aparılır. Quyunun cari ilin oktyabr ayında istismara verilməsi planlaşdırılır.