CƏMİYYƏT
Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 12 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və BMTİP Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş rəsm müsabiqəsinin qaliblərini elan ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə 7-12 yaş arası 200-ə yaxın uşaq iştirak edib və ətraf mühitin qorunmasının vacibliyi barədə məlumatın zənginləşdirilməsində öz yaradıcı töhfəsini verib.
İnkişaf və ətraf mühit üzrə ekspertlərdən ibarət münsiflər heyəti təqdim olunan əl işlərinin hamısını qiymətləndirib. Ən yaxşı 6 əl işinə isə kitab mağazasından hədiyyə kartları, sertifikatlar və rəsm dəstləri təqdim olunub.
7-9 yaş kateqoriyası üzrə qaliblər:
1-ci yer - Kövsər Qurban (7 yaş)
2-ci yer – Xədicə Əzimli (8 yaş)
3-cü yer - Könül Məmmədova (9 yaş)
10-12 yaş kateqoriyası üzrə qaliblər:
1-ci yer - Aylin Əliyeva (10 yaş)
2-ci yer - Sehri Zeynalabdinova (12 yaş)
3-cü yer - Mehriban İmamverdiyeva (11 yaş)
Bundan əlavə, 44 uşağa nailiyyət sertifikatları, təqdirnamələr, eləcə də rəsm dəstləri verilib.
Bütün qalibləri və iştirakçıları təbrik edirik!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]