İQTİSADİYYAT


Ümumdünya Aviasiya və Kosmonavtika Günü ilə əlaqədar vebinar keçiriləcək

Ümumdünya Aviasiya və Kosmonavtika Günü ilə əlaqədar vebinar keçiriləcək

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 12-də Ümumdünya Aviasiya və Kosmonavtika Günü ilə əlaqədar “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən “Kosmosun fəthi: dünəni və bu günü” adlı onlayn formatda vebinar keçiriləcək.

“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, vebinarın əsas auditoriyası 9-11-ci sinif şagirdləri və universitet tələbələridir.

Qeyd edək ki, saat 16:00-dan 17:30-a kimi “MS Teams” onlayn platforması üzərindən keçiriləcək. Vebinar “Azərkosmos”un Peyk əməliyyatları qrupunun böyük mühəndisi Rüstəm Zalıyev tərəfindən təqdim olunacaq. Vebinarda iştirak ödənişsizdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.