ELM VƏ TƏHSİL


Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının Bakı konfransı davam edir

Bakı, 14 sentyabr, AZƏRTAC

Bakıda Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (IFAC) dəstəklədiyi Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə 18-ci beynəlxalq elmi konfrans (TECIS 2018) sentyabrın 14-də işini sessiyalarda davam etdirib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” İctimai Birliyinin və Avstriyanın Vyana Texnologiyalar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda xarici və yerli alimlər, tədqiqatçılar iştirak ediblər.

Sessiyalarda İrlandiyadan Larry Stapleton, Yunanıstandan Peter Groumpos, Avstriyadan Edmond Hajrizi, Rusiyadan Sergey Pavelev, Böyük Britaniyadan Gill Karamjit, Küveytdən Muhammad Sarfraz, Azərbaycandan Fikrət Əliyev, Türkiyədən İsmayıl Bögrekçi, Almaniyadan Norbert Jesse və digər alimlərin iştirakı ilə “Modellər və simulyasiya”, “Süni intellekt avtomatikası və robotikanın dayanıqlı inkişaf məqsədlərinə təsiri”, “Sabitliyi qorumaq üçün idarəetmə və avtomatika”, “Mexatronika və robotika”, “Mühitin dayanıqlı inkişafı üçün yeni metodlar və texnoloji üstünlüklər”, “Ağıllı sistemlər və tətbiqetmələr”, “Obyektlərin dizaynı və fiqurların kontrolu”, “Rəqəmsal pozulmanın təşkilati çevikliyə tətbiq edilməsi”, “Optimal sabitlik məsələsinin həlli üçün yaradılmış alqoritm” mövzular ətrafında müzakirələr aparılıb.

Konfransda elmi müzakirələrlə yanaşı, Azərbaycanın ali məktəblərinin və elmi müəssisələrinin nümayəndələri xarici ölkələrin elm və təhsil mərkəzlərinin təmsilçiləri ilə əməkdaşlıq etmək barədə razılığa gəliblər. Belə ki, Azərbaycan Texniki Universiteti ilə Avstriyanın Vyana Texnologiyalar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Avropa Biznes və Texnologiya Universiteti, Bakı Ali Neft Məktəbi ilə Bolqarıstan ali məktəbləri arasında elm, təhsil, tədqiqat və s. istiqamətlərdə əməkdaşlığın qurulması razılaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.