İQTİSADİYYAT


Ümumdünya Gömrük Təşkilatının baş katibi Bakıda logistika və gömrük müəssisələrinin fəaliyyəti barədə məlumatlandırılıb

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya ölkəmizə səfəri çərçivəsində Abşeron Logistika Mərkəzi, Bakı Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının fəaliyyəti barədə məlumatlandırılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Mərkəzin yaradılmasında əsas məqsəd ən müasir üsullarla müştərilərin istəklərini təmin etməkdir. Bunun üçün bütün xidmətlər “bir pəncərə” sistemi ilə həyata keçirilir.

Məlumat verilib ki, müəssisənin ərazisi ticarət, logistika və sənaye zonalarının kəsişməsində və nəqliyyat şəbəkələrinin mərkəzində yerləşir. Bu mühüm infrastruktur obyektinin Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəsi də var.

Ümumdünya Gömrük Təşkilatının baş katibi Bakı Baş Gömrük İdarəsində idarənin iş prinsipi, rəsmiləşdirmə proseduru ilə də maraqlanıb. Məlumat verilib ki, Bakı Baş Gömrük İdarəsinin inzibati binasında gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi üçün lazımi şərait yaradılıb. Burada “Hədəf” Mərkəzi fəaliyyət göstərir.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində isə qonağa gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi sahəsində aparılan işlər barədə məlumat verilib.

Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalına baş çəkən K.Mikuriyaya bu səhiyyə ocağının üstün imkanları barədə məlumat verilib, eləcə də hospitalın 10 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.