İQTİSADİYYAT


Ümumdünya Gömrük Təşkilatının sessiyalarının gündəliyində duran məsələlər müzakirə olunub

Bakı, 6 may, AZƏRTAC

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) rəhbərliyi, şura sədri və müavinlərinin iştirakı ilə onlayn formatda görüşü keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, ÜGT-nin Baş katibi Kunio Mikuriya, ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə və təşkilatın region üzrə sədr müavinlərinin iştirak etdiyi tədbirdə təşkilatın 2021-ci ilin iyun ayında keçiriləcək Siyasi Komissiyasının 84-cü və şuranın 138-ci sessiyalarının gündəliyi, iclasın formatı barədə müzakirələr aparılıb.

Görüşdə təşkilatın Avropa regionuna rəhbərlik edən Dövlət Gömrük Komitəsini Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov təmsil edib. İ.Hüseynov ÜGT-nin Avropa regionu üzv dövlətlərinin gömrük orqanları arasındakı əməkdaşlıq məsələləri və sessiyalara hazırlıq prosesində görülən işlərdən danışıb, eləcə də sessiyaların gündəliyi ilə bağlı fikirlərini bildirib.

Xatırladaq ki, ÜGT-nin Siyasi Komissiyasının 84-cü sessiyası iyunun 21-23-də, şuranın 138-ci sessiyası isə iyunun 24-26-da onlayn formatda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.