Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ümumdünya Meteorologiya Təşkilatı: ekstremal hava şəraiti gündəlik həyatımıza birbaşa təsir edir

Ümumdünya Meteorologiya Təşkilatı: ekstremal hava şəraiti gündəlik həyatımıza birbaşa təsir edir

Bakı, 19 may, AZƏRTAC

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) himayəsi altında “iqlim vəziyyəti” barədə hesabat təqdim edilib.

AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, dəniz səviyyəsinin sürətlə qalxması səbəbindən bir çox sahil şəhərləri tezliklə su altında qala bilər. BMT-nin Baş katibi Antonio Quterreş hazırkı qlobal enerji sisteminin bəşəriyyəti iqlim fəlakətinə aparacağı barədə xəbərdarlıq edib və bərpa olunan enerji mənbələrinə keçid planını təklif edib.

ÜMT-nin məruzəsində qeyd olunur ki, 2021-ci ildə iqlim dəyişikliyinin dörd əsas göstəricisi - istixana qazlarının konsentrasiyası, dəniz səviyyəsinin qalxması, okeanların istiliyi qoruyub saxlamaq qabiliyyəti və okeanların turşulaşması ilə bağlı yeni rekord qeydə alınıb. Belə ki, qlobal orta dəniz səviyyəsi 2013-2021-ci illər ərzində orta hesabla ildə 4,5 millimetr artdıqdan sonra 2021-ci ildə o yeni maksimuma çatıb. Ötən il Şimali Amerikanın qərbində və Aralıq dənizində görünməmiş istilik dalğaları müşahidə olunub.

Afrika Buynuzu, Kanada, ABŞ-ın qərb hissəsi, İran, Əfqanıstan, Pakistan və Türkiyə də daxil olmaqla, dünyanın bir çox bölgələrində quraqlıq müşahidə olunub. Son yeddi il müşahidə tarixində ən isti illər olub.

Ekspertlər hesab edirlər ki, bütün bu məlumatlar gələcəkdə "İnsan fəaliyyətinin quruda, okeanda və atmosferdə planetar miqyasda mənfi, uzunmüddətli nəticələrə səbəb olan dəyişikliklərə səbəb olduğu" faktını təsdiqləyir.

Ekstremal hava şəraiti - iqlim dəyişikliyinin gündəlik "siması" yüz milyardlarla dollar məbləğində iqtisadi itkilərə gətirib çıxarıb, insanların həyat və rifahına ağır zərər vurub, ərzaq və su təhlükəsizliyi sahəsində təlatümlərlə nəticələnib. Onlar əhalinin kütləvi yerdəyişmələrinə səbəb olub.

BMT rəhbəri vurğulayıb ki, bütün bu məlumatlar ciddi narahatlıq doğurur. O, enerji sistemlərinin transformasiyası üzrə planını təqdim etmək üçün Ümumdünya Meteorologiya Təşkilatının məruzəsinin dərc edilməsindən istifadə edib.

BMT-nin Baş katibi əmindir ki, yeganə mümkün davamlı gələcək bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanır. “Yeganə evimizi yandırmazdan əvvəl mədən yanacaq növlərindən istifadəyə görə ətraf mühitin çirklənməsinə son qoymağın və bərpa olunan enerjiyə keçidi sürətləndirməyin vaxtıdır", - deyə Antonio Quterreş çağırıb.

Vaxt itirməyin yolverilməzliyini qeyd edən Antonio Quterreş enerji sistemlərinin transformasiyası ilə məşğul olmağın, xüsusilə külək və günəş enerjisi qurğularına keçidin təcili olaraq lazım olduğunu bildirib. Bu gün əksər hallarda onların istifadəsi kömür və digər mədən yanacaq növlərinin istifadəsindən daha ucuz başa gəlir. Son on ildə külək enerjisinin dəyəri yarıdan çox azalıb. Günəş enerjisi və günəş batareyalarının qiyməti 85 faiz ucuzlaşıb. Bundan əlavə, bərpa olunan enerjiyə qoyulan sərmayələr iş yerləri yaradır – yanacaq energetikasına qoyulan investisiyalardan üç dəfə çoxdur.

Bununla əlaqədar olaraq, BMT-nin Baş katibi bərpa olunan energetikaya keçidin sürətləndirilməsi üçün beş vacib tədbir təklif edib. Bunlara bərpa olunan enerjinin istehsalı və təchizatı texnologiyalarına çıxış imkanlarının genişləndirilməsi, onlardan istifadə edilməsi üçün şəraitin yaradılması, bərpa olunan enerji mənbələrinə özəl və dövlət investisiyalarının üç dəfə artırılması və dəqiqədə təxminən 11 milyon dollar təşkil edən mədən yanacağı üçün subsidiyaların dayandırılması daxildir.

BMT-nin Baş katibi hesab edir ki, bərpa olunan enerji mənbələri olmadan gələcək yoxdur. "Bugünkü məruzədən göründüyü kimi, bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi vaxtı çatıb, hələ ki, gec deyil", — deyə BMT-nin Baş katibi vurğulayıb.

Antonio Quterreşin bu çağırışını ÜMT-nin Baş katibi Petteri Taalas dəstəkləyib və xəbərdarlıq edib ki, ekstremal hava şəraiti gündəlik həyatımıza bilavasitə təsir göstərir.

ÜMT-nin yeni məruzəsi interaktiv xəritə ilə müşayiət olunur və iqlim dəyişikliyi göstəricilərinin qlobal miqyasda son illər necə təzahür etdiyi və bununla bağlı ekstremal hadisələrin nəticələrinin 2021-ci ildə milli və regional səviyyələrdə necə hiss edildiyi barədə məlumatları əks etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək