İQTİSADİYYAT


Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı forum keçirilib

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi ilə Gənclərin Töhfəsi İctimai Birliyi “7 iyun- Ümumdünya Qida Təhlükəsizliyi Günü” mövzusunda forum keçirib.

AZƏRTAC xəbər verir ki, forumun təşkilatçısı Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova günün əhəmiyyətini vurğulayaraq, sağlam həyat tərzi və düzgün qidalanma, qida təhlükəsizliyinin əhəmiyyətindən danışıb.

Daha sonra "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri, sağlam qida təbliğatçısı Asim Vəliyev, Türkiyə Sağlamlıq və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Kamal Özər, həkim-psixoterapevt Əli Nağıyev, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Sakarya Universitetinin müəllimi Ahmet Tutar, qida texnoloqu Ağa Salamov, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Elsevər Fərzəliyev, həkim-dietoloq Leyla Zülfüqarlı, AQTA-nın əməkdaşı Seymur Qafarov, baytar, qida eksperti Şaiq Teyyubov, fitnes üzrə məşqçi Vurğun Mütəllimov mövzu ilə bağlı çıxış edərək Qida Təhlükəsizliyi Hərəkatının fəaliyyətini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Hərəkatı 2016-cı il tarixindən Məhsəti Hüseynova və Asim Vəliyevin rəhbərliyi ilə təsis edilib və qida təhlükəsizliyi, düzgün qidalanma, sağlam həyat tərzinin təbliği mövzusunda çoxsaylı tədbirləri həyata keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.