İDMAN


Ümumdünya Şahmat Olimpiadası: Kişi şahmatçılarımız Hindistan yığması ilə heç-heçə ediblər

Bakı, 7 avqust, AZƏRTAC

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət komandamızın (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Abasov) Hindistan şahmatçıları ilə qarşılaşması (2:2) heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, bundan əvvəl qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva) Monqolustan komandasını 2,5:1,5 hesabı ilə məğlub edib.

Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində 162 ölkədən komandalar mübarizə aparır.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.