İDMAN


Ümumdünya Şahmat Olimpiadası: Kişilərdən ibarət komandamız İsrail yığmasını məğlub edib

Bakı, 5 avqust, AZƏRTAC

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün keçirilən 7-ci turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) İsrail yığmasını 3:1 hesabla məğlub edib. Qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva) isə Hindistan şahmatçılarına 1,5:2,5 hesabla uduzublar.

Ümumdünya Şahmat Olimpiadası avqustun 10-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.