İDMAN


Ümumdünya Şahmat Olimpiadası: Qadın yığmamız Monqolustan komandasını məğlub edib

Bakı, 7 avqust, AZƏRTAC

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün keçirilən 9-cu turda qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva) Monqolustan yığmasını 2,5:1,5 hesabı ilə məğlub edib.

Kişilərdən ibarət komandamızın (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Abasov) Hindistan şahmatçıları ilə mübarizəsi davam edir.

Olimpiadada kişilərin yarışında 188, qadınların yarışında 162 ölkədən komandalar mübarizə aparır.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.