İDMAN


Ümumdünya Şahmat Olimpiadası: Şahmatçılarımız Gürcüstan və Serbiya yığmaları ilə mübarizə aparırlar

Bakı, 9 avqust, AZƏRTAC

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasının son turunun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, bu gün keçirilən 11-ci turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Rauf Məmmədov) Serbiya, qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva) isə Gürcüstan şahmatçıları ilə mübarizə aparırlar.

Qeyd edək ki, ötən turların nəticəsinə görə qadın yığmamız 16 xalla 3-cü, kişi şahmatçılarımız isə 14 xalla 16-cı sırada qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.