İDMAN


Ümumdünya Şahmat Olimpiadası: Şahmatçılarımız Hindistan və İsrail yığmaları ilə mübarizə aparacaqlar

Bakı, 5 avqust, AZƏRTAC

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün keçiriləcək 7-ci turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) İsrail, qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva) isə Hindistan şahmatçıları ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, altı turdan sonra kişi yığmamız 9 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Aktivində 11 xal olan qadın millimiz lider Hindistandan 1 xal geri qalaraq ikinci sıradadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.