İDMAN


Ümumdünya Şahmat Olimpiadası: Şahmatçılarımız Qazaxıstan və Slovakiya təmsilçiləri ilə qarşılaşacaqlar

Bakı, 3 avqust, AZƏRTAC

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün keçiriləcək 6-cı turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) Slovakiya, qadın yığmamız (Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva) isə Qazaxıstan şahmatçıları ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, qadın şahmatçılarımız 9 xalla 5-ci, kişilərdən ibarət komandamız isə 7 xalla 27-ci sıradadır.

Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparırlar.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarış avqustun 9-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.