İDMAN
Ümumdünya Şahmat Olimpiadası: Şahmatçılarımız ikinci turda mübarizə aparacaqlar
Bakı, 30 iyul, AZƏRTAC
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün keçiriləcək ikinci turda kişilərdən ibarət komandamız (Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov) Filippin, qadın yığmamız (Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva) isə Finlandiya şahmatçıları ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, birinci turda kişi şahmatçılarımız Əlcəzair, qadın zəka sahiblərimiz isə Birləşmiş Ərəb Əmirliklərinin yığmalarını maksimum xalla məğlub ediblər.
Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparırlar.
İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarış avqustun 9-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]